
Telefonunuzda neçə mobil hökumət həlli var?
Ən faydalı və populyar mobil tətbiqlər hansılardır?
Ən faydalı və populyar mobil tətbiqlər hansılardır?
Nə şirkət, nə departament, nə də RİNN açıqlama vermir
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
Nəhayət ki, SİMA rəqəmsal imzası Dövlət Vergi Xidmətinin fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmətlərinə inteqrasiya olunub.
Yəni bundan sonra sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaiməni, vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə biləcəklər. 6 ay müddətində tətbiqdən abunə haqqı ödəmədən istifadə etmək imkanı da yaradılıb.
İndiyədək yalnız xarici şirkətə (“Best Solutions”) məxsus identifikasiya vasitəsi olan “ASAN imza” ilə bu xidmətləri əldə etmək mümkün idi.
Hazırda təxminən 1 milyonadək aktiv “Asan imza” istifadəçisi var. Yəni “Best Solutions” şirkəti hər ay 2 milyon manatdan çox bu resursdan gəlir götürürdü.
Yəni yetərincə gəlirli bir sektorda – identifikasiya bazarında indiyədək rəqabətli bir mühit yox idi.
Xatırladıram ki, SİMA-nın Dövlət Vergi Xidmətinə (DVX) inteqrasiyası 2 il çəkib. Bu haqda çox yazılıb. Hiss olunurdu ki, inteqrasiyada maraqlı olmayanlar da var və onlar kimliyi sektorda hamıya məlum idi.
Son zamanlar DVX-nin rəqəmsal transformasiyasına xeyli vəsaitlər yatırılıb – AVİS sisteminin söykəndiyyi İT infrastruktur xeyli inkişaf etdirilib. Bir müddət öncə DVX mobil tətbiq də istifadəyə verib.
Yenicə “AZCON Holdinq”in tərkibinə qatılan “AzİnTelecom” da biometriyaya əsaslanan SİMA rəqəmsal imza infrastrukturunu xeyli genişləndirib.
SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən biznes xidmətlərinə inteqrasiyası sahəsində, Azərbaycanın imza bazarında rəqabətli mühitin formalaşması sahəsində DVX və “AzİnTelecom”un səyləri təqdirə layiqdir.
Bütün bunlar ölkədə əlverişli biznes mühitinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Düşünmək olar ki, bununla da adında ASAN sözü olmasına baxmayaraq ASAN Xidmətə dəxli olmayan, xarici şirkətə məxsus identifikasiya vasitəsinin ASAN imza-nın inhisarçılığına son qoyuldu.
Lakin nəzərə almaq lazımdır ki SİMA-nın hələlik hüquqi şəxslər və dövlət qurumları üçün inteqrasiyası başa çatmayıb.
Ümid edirik ki, SİMA-nın dövlət sektoruna, biznes mühitinə inteqrasiyanı də tezliklə başa çatdırılacaq.
Yeri gəlmişkən, sahibkarlar üçün güzəşt müddəti başa çatdıqdan sonra SİMA rəqəmsal xidmətindən istifadə üçün tariflər də əlçatan olacaq.