vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 2 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
Telefonunuzda neçə mobil hökumət həlli var? 14:41 | 14 aprel 2025 | Bazar ertəsi Məqaləyə 84 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Telefonunuzda neçə mobil hökumət həlli var?

Ən faydalı və populyar mobil tətbiqlər hansılardır?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son bir neçə ildə hökumətə məxsus mobil rəqəmsal həllər xeyli populyarlaşıb. Mobil tətbiqlər tam funksionallıqla dövlət xidmətlərini daha effektiv formada əldə etməyə imkan verir. Yəni hökumət həlləri yalnız informasiya-məlumat çatdırmır, birbaşa dövlət xidmətlərini, hansıa sənədləri və arayışları əldə etməyə imkan verir.

Son zamanlar populyarlığı ilə daha çox diqqət cəlb edən “myGov” mobil tətbiqidir. Artıq xeyli sayda dövlət xidmətləri bu mobil resursa inteqrasiya olunub.

Ötən ildən etibarən buradan arayışları və rəsmi sənədləri də almaq mümkündür. Mobil Notariat xidmətləri də “myGov”a inteqrasiya edilib.

Eyni zamanda qısa zamanda populyarlaşan e-Polis tətbiqi spesifik xidmətləri ilə, SİMA isə anında rəqəmsal identifikasiya üçün ölkəmizin rəqəmsal transformasiyasında mühüm rol oynayır.

Bir müddət öncə DVX tərəfindən e-Vergi mobil tətbiqi yaradılıb, Maliyyə Nazirliyi isə E-rüsum mobil tətbiqi üzərində işləyir.

Əlbəttə bütün dövlət xidmətlərinin hansısa formada göstərilməsindən asılı olmayaraq “mvGov”a, həmçinin də populyar özəl və bank mobil resurslarına inteqrasiyası da çox vacibdir.

Beləliklə, təqdim etdiyi xidmətlərin sayı, funksionallığı, yüklənmə sayı, istifadəçi rahatlığı, yenilənməsi, reytinq göstəricisi parametrləri və s. baxımından ən faydalı və populyar mobil rəqəmsal hökumət həllərinə aşağıdakıları aid etmək olar :

1. “myGov” (İRİA)

(Yüklənmə sayı 1 milyon +, artıq təqdim etiyi çoxsaylı məlumatlar sadəcə “məlumat” deyil, həm də rəqəmsal sənəddir, həyat hadisələrini rəqəmsallaşdırmağa imkan yaradır, təqdim etdiyi data əsasında əlavə dəyərlər yaratmaq imkanı var və s.)

2. e-Sosial (ƏƏSMN)

(Yüklənmə sayı 1 milyon +, əmək müqavilələrin imzalanması, pensiya və əmək haqqı kalkulyatoru, arayışlar və s.)

3. Mobil Notariat (Ədliyyə Nazirliyi)

(Yüklənmə sayı 0.5 milyon+, vətəndaşın harada olmasından asılı olmayaraq notarial xidmətlər təqdim edir)

4. E-Polis (DİN)

(Yüklənmə sayı 100 min+, ötən il istifadəyə verilib, məhkumluq arayışı, itirilmiş əşya arayışı, 102 SOS xidməti, avtomobillərlə bağlı arayışlar, STOP məlumatı, sürücülük vəsiqəsinin dəyişdirilməsi və s.)

5. SİMA (AzİnTelecom)

(Yüklənmə sayı 1 milyon +, rəqəmsal imza xidməti təqdim edir, ASAN imzanın alternatividir)

6. Smart Customs (DGK)

(Yüklənmə sayı 1 milyon +, e-ticarət yolu ilə gətirilən malların gömrük bəyannamələrinin onlayn mühitdə təqdim edilməsi və s.)

7. ASAN növbə (ASAN)

(Yüklənmə sayı 0.5 min +, ASAN Xidmətdə növbə götürməyə imkan verir)

8. E-Təbib (TƏBİB)

(Yüklənmə sayı 1 milyon +, ölkə üzrə yalnız BİR tibb müəssisəsinə e-növbə götürmək imkanı verir, əlavə xidmətləri yoxdur, əsasən informasiya-məlumat yönümlüdür)

9. E-Vergi (DVX)

(Yüklənmə sayı 5000+, son günlər istifadəyə verilib, hələlik yalnız informasiya-məlumat yönümlüdür, hansısa xidməti əldə etmək mümkün deyil, xidmətlərin inteqrasiyası nəzərdə tutulub)