Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:43 | 21 oktyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 311 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Qlobal neft bazarlarında qiymətlər ardıcıl üçüncü həftədir ki, ucuzlaşmaqda davam edir. Asiya sessiyasında “Brent” markalı neftin dekabr fyuçersləri bir qədər geriləyərək barelinə 61 dollar, “WTI” markalı neft isə 57,45 dollar səviyyəsində qərarlaşdı. Hər iki göstərici son beş ayın ən aşağı hədlərinə yaxındır. Hazırda “Brent” 60.83, “WTI” isə 57,38 dollardan təklif olunur.
Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, qiymətlərin enməsinin əsas səbəbləri kimi, qlobal təklif bolluğuna dair artan narahatlıqlar və zəifləyən tələbat göstərilir. Analitik şirkət “Vortexa”nın məlumatına görə, hazırda dünya üzrə tankerlərdə 1,2 milyard bareldən artıq xam neft daşınır. Bu, həm istehsalın artması, həm də nəql marşrutlarının uzanması ilə əlaqələndirilir.Mənbələr bildirir ki, hasilatdakı artım əsasən “OPEC+” ölkələrinin son iki il ərzində tətbiq etdiyi istehsal məhdudiyyətlərini tədricən aradan qaldırmağa başlamasından qaynaqlanır. ABŞ və Braziliyadan artan ixrac da qlobal bazarda təklifin çoxalmasına əlavə dəstək verir. ABŞ Prezidenti Donald Trampın “daha çox enerji istehsalı və aşağı neft qiymətləri” çağırışları bu siyasətin davamlılığını gücləndirir.
Eyni zamanda, Yaxın Şərqdə İsrail və “Hamas” arasında ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəsin qorunması, bazarlarda risk premyasının azalmasına səbəb olub. Beləliklə, ticarətçilər regiondakı gərginlikdən doğan təchizat kəsintisi risklərini artıq qiymətə daxil etmirlər.
***
İnvestisiya bankı “Goldman Sachs” yeni hesabatında “Brent” markalı neftin qiymətinin gələn ildən başlayaraq tədricən enəcəyini və 2026-cı ilin dördüncü rübündə barelinə 52 dollara qədər düşəcəyini proqnozlaşdırıb.
Bununla belə, analitiklər bu enişin dərhal baş verməyəcəyini, bir neçə amilin prosesi gecikdirə biləcəyini qeyd ediblər. Bankın qiymətləndirməsinə görə, noyabr ayında OECD ölkələrində neft ehtiyatlarının artımı artıq qiymətlərə daxil edilib, növbəti ciddi artım isə yanvarda — gündəlik 1,7 milyon barel səviyyəsində gözlənilir.
İkinci amil kimi isə dizel yanacağı üzrə emal marjlarının hələ də yüksək qalması göstərilir. Bu, emal zavodlarının fəaliyyətini və xam neftə olan tələbi hələlik dəstəkləməkdədir.
“Goldman Sachs” əlavə edib ki, Rusiya neft hasilatında daxili və xarici təzyiqlərə görə azalma riski qalmaqdadır. Mütəxəssislər rublun dəyərdən düşməsi, köhnəlmiş texniki avadanlıq, texnologiya çatışmazlığı və Ukraynanın enerji infrastrukturuna hücumlarını bu risklərdən sayır.
Bazar müşahidəçiləri bildirirlər ki, həm istehsal artımı, həm də geosiyasi gərginliklərin müvəqqəti səngiməsi fonunda neft qiymətləri yaxın aylarda təzyiq altında qalmağa davam edəcək.