Yasamalda silahlı insident
2 nəfər yaralandı
11:16 | 23 noyabr 2025 | Bazar
Məqaləyə 26 dəfə baxılıb
Şriftin ölçüsü
2 nəfər yaralandı
Xroniki yuxusuzluq beyin yaşlanmasını sürətləndirə bilər
Evindən silah arsenalı tapıldı
ABŞ-ın yeni hipersəs raketi ilk dəfə xaricdə yerləşdirildi
Beyin hər dəfə eyni xatirəni fərqli şəkildə qeyd edir
Psixopatların beyni normal insanlardan fərqlidir
Babasından qalma tapançanı ABŞ-a aparmaq istəyib
Silahlar evdə istehsal olunur
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Bunlar sadəcə unutqanlıq deyil, beyninizin verdiyi həyəcan siqnalı ola bilər
Damarlarda yığılan və qan axınının qarşısını alan mikroplastiklər beyində necə toplanır?
Mütəxəssislər həddindən artıq ekran vaxtının zehnimizə təsirini qiymətləndirirlər
... Yaxud Soyuq müharibədən sonra ən qaynar il
Tükənmişlik və diqqət problemi
Ağır artilleriya silah və sursatları Avropadakıların yarısı qiymətinə satılır
Dörd nəfər güllələnib, hadisəni törədən bir neçə saat sonra həbs edilib
Böyük Britaniyada yerləşən Bredford Universitetindən Maykl Krouli və Malkolm Dando, “Kral Kimya Cəmiyyəti” tərəfindən nəşr olunacaq yeni kitablarında insan sinir sistemini hədəf alan “beyin silahlarının” artıq yalnız elmi nəzəriyyə olmayacağını deyirlər.
Sabah (noyabrın 24-də) yayımlanacaq kitab, mərkəzi sinir sisteminə (MSS) təsir edən kimyəvi maddələrin araşdırılması üçün həyata keçirilən dövlət maliyyəli tədqiqatları əhatə edir.
“The Guardian”a danışan Krouli bildirir ki, Soyuq müharibə dövründə və sonrasında ABŞ, SSRİ və Çin MSS-yə təsir edən silahlar hazırlamaq üçün aktiv çalışıb.
Bu proqramlar vasitəsilə insanlarda şüurun yox olması, keyimə, halüsinasiyalar, qarışıqlıq və iflic də daxil olmaqla beyində uzunmüddətli pozuntular yarada biləcək cihazların hazırlanması hədəflənir.
Tədqiqatçılar həmçinin 2002-ci ildə Çeçen yaraqlıları tərəfindən təşkil olunmuş Moskva Teatrı basqınını yada salırlar. Rusiya xüsusi təyinatlıları binaya havalandırma sistemindən fentanil əsaslı “yuxu qazı” buraxdıqdan sonra girovların azad olunması zamanı əməliyyatına başlamışdı. Rusiya hərbçilərinin 40 yaraqlını öldürdüyü əməliyyatda 132 girov həlak olmuş və əksəriyyəti qazdan zəhərlənmişdi.
Krouli kitabın dünya üçün bir xəbərdarlıq olduğunu bildirib:
“İnsana adi bir cihaz kimi gəlsə də, bu, acı gerçəyə çevrilir. Beynin bilavasitə döyüş meydanına çevriləcəyi bir dövrə daxil oluruq. Mərkəzi sinir sistemini manipulyasiya etmək üçün istifadə olunan vasitələr getdikcə daha dəqiq, əlçatan və dövlətlər üçün cəlbedici olur”.
Bioloji və kimyəvi silahlarla bağlı araşdırmalar aparan Dando da təhlükənin artdığını bildirir:
“Nevroloji pozuntuları müalicə etməyimizə imkan verən məlumatlar zehni funksiyaları pozmaq, itaətkarlıq yaratmaq və hətta gələcəkdə insanları fərqinə varmadan icraçıya çevirmək üçün istifadə oluna bilər”.
Dando və Krouli, 24–28 noyabr tarixlərində Haaqada keçiriləcək CSP-də (Conference of the States Parties – CSP) iştirak edəcəklər. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına üzv ölkələrin yaratdığı qurum Kimyəvi Silahlar Konvensiyasının icrasına nəzarət edir.
Alimlər bildirirlər ki, gələcəkdə ortaya çıxa biləcək bu silahlara qarşı artıq indidən uyğun tədbirlər görülməlidir.
“Bu bir xəbərdarlıqdır. Elmin bütövlüyünü və insan zehninin toxunulmazlığını qorumaq üçün dərhal hərəkətə keçməliyik”, – Krouli deyib.