
Məktəbə hücuma hazırlaşan uşaq həbs edildi
Evindən silah arsenalı tapıldı
Evindən silah arsenalı tapıldı
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Münasibətlərin normallaşmasına qərar verilib
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Hindistanda sağlamlıq böhranı təhlükəsi ilə qarşı-qarşıya
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Yeni Dehli Trampın əlavə tarif qərarını “təəssüf doğurucu” adlandırdı
Hindistan silah ixracını və xarici ölkələrə göndərdiyi müdafiə attaşelərinin sayını artırmağı planlaşdırır. Silah satışı sövdələşmələrini asanlaşdırmaq üçün Hindistanın dövlət İxrac-İdxal Bankı (Exim) aşağı qiymətli kreditlər təklif etməyə hazırlaşır.
Bildirilir ki, Hindistan hökuməti xarici ölkələrdə müdafiə attaşelərinin sayını artırmaqla birbaşa silah sövdələşmələri etməyi hədəfləyir.
Hindistan bürokratları uzun müddətdir ki, Dehlinin nüvə silahına malik iki qonşusu Çin və Pakistana qarşı mübarizə aparmaq üçün Rusiyanın “Sukhoi” müdafiə sənayesi şirkətindən qırıcı təyyarələr və ABŞ firmalarından haubitsalar almağa diqqət yetiriblər. Hindistan uzun müddət kiçik silah sənayesinə sahib olsa da, özəl firmalar son vaxtlar daha yüksək səviyyəli sursat və hərbi texnika istehsalına başlayıblar.
Rəsmilər silah ixracının artırılması qərarında Rusiya-Ukrayna müharibəsinin böyük rol oynadığını deyirlər. ABŞ Ukraynaya silah tədarükünə, Rusiya isə müharibə üçün sursat istehsalına diqqət yetirdiyi bir vaxtda Vaşinqton və Moskvadan hərbi texnika alan ölkələrin yeni təchizatçılar axtardığı bildirilir.
Həm Qərbdən, həm də Rusiyadan hərbi texnologiya alan Hindistanın silah ixracına tələbatını artırmağa başladığı bildirilir. Hökumətin məlumatına görə, Hindistan 2023-2024-cü maliyyə ilində 14,8 milyard dollar dəyərində silah istehsal edib ki, bu da 2020-ci ilə nisbətən 62 faiz çoxdur.
Mənbələr bildirir ki, Dehli hökuməti xarici ölkələrin nümayəndə heyətləri ilə silah istehsalçıları arasında vasitəçilik etməyə başlayıb. Bildirilir ki, hərbi təlimlər zamanı yeni silahlar və helikopterlər potensial müştərilərə təqdim edilib.
Hesabatda deyilir ki, Narendra Modi administrasiyası 2029-cu ilə qədər silah və hərbi texnika ixracatını iki dəfə 6 milyard dollara çatdırmağı hədəfləyir.
Qlobal büdcələrin azaldığı və müdafiə tələbinin artdığı bir vaxtda Hindistan özünü nisbətən ucuz qiymətə istehsalçı kimi göstərir.
Hindistan 155 mm-lik artilleriya sursatını bir parçasını 300-400 dollara istehsal edə bilsə də, həmin silahın Avropa ekvivalentləri 3000 dollardan çox qiymətə satılır. Eynilə, Hindistan şirkətləri haubitsaların hər birinin təxminən 3 milyon dollara satıldığını bildirirlər ki, bu da Avropa istehsalı olan haubitsaların qiymətinin təxminən yarısıdır.
Aşiş Kansal, sursat istehsalçısı SMPP-nin direktoru: “Bu dəyişən ssenari ilə biz mütləq artilleriya sursatlarına böyük tələbat görürük”.
“Reuters” xəbər verir ki, nə Modi administrasiyası, nə də EXIM, ixracı artırmaq üçün yeni proqramla bağlı şərh tələblərinə cavab verməyib.