İranda ardıcıl partlayışlar – VİDEO
Şiraz hava limanında uçuşlar dayandırıldı
11:19 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 394 dəfə baxılıb
Şriftin ölçüsü
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
“The Economic Times” nəşrində Hindistanla Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin yaradılması məsələsinin üçtərəfli görüş çərçivəsində müzakirə olunacağı barədə yayımlanan xəbərə diqqət yetirmək lazım gəlir. Bu yeni layihə deyil. Haqqında illərdir müzakirələr gedir. Məsələ burasındadır ki, İranla Ermənistan arasında mövcud nəqliyyat imkanları yük daşımalarının artmasına şərait yaratmır. Bu sıraya İranda ağır iqtisadi vəziyyəti, İranla Ermənistan arasında dəmiryolunun mövcud olmamasını, İrana qarşı Qərbin sərt sanksiyalarını və müharibə risklərinı əlavə etmək lazımdır.
Buna baxmayaraq, 3 ölkə arasında müzakirələr davam edir. Hindistan və İran Xarici İşlər Nazirlikləri səviyyəsində Tehranda məsləhətləşmələr aparılacağı bildirilib. Görüşlərin əsas məqsədi ikitərəfli münasibətləri möhkəmləndirməkdir. Danışıqlarda İranın Çabahar limanının aktivləşdirilməsi və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə mövzusu olacaq. Hindistan–İran ikitərəfli görüşündən sonra Hindistan–İran–Ermənistan üçtərəfli dialoqu keçiriləcək. Bu görüşün məqsədi Hindistan və Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin qurulmasıdır.
Bu arada, Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalla İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani arasında telefon danışığı olub. Tərəflər ticarət, təhlükəsizlik, regional əlaqələrin gücləndirilməsi və Çabahar limanı mövzularını müzakirə ediblər. Cabahar limanı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu, İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan bu liman vasitəsilə Rusiya və Avropa bazarlarına çıxış imkanı əldə etmək istəyir. Keçən il Hindistanla İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanmışdı. Sazişə əsasən limanın idarəçiliyi Hindistana verilib.
Ajit Doval Əli Laricani ilə telefon danışığında Cabahar limanının Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində aparıcı rol oynayacağı, onun regional ticarət və Hindistanın Əfqanıstan və Mərkəzi Asiyaya çıxışı üçün həyati bir əlaqə kimi səciyyələndirilib. Əslində bu deyilənlər Azərbaycana da aiddir. Çünki, Cabahar limanı eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınacaq yüklər üçün nəzərdə tutulub. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbay limanına çatdırılmalıdır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Ancaq bunun üçün Rəşt-Astara dəmiryolu tikilməlidir. Rusiya dəmir yolunun tikintisi üçün kredit verməyə hazır olduğunu bildirsə də, tikintiyə hələ başlanılmayıb.