Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:11 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 342 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
NATO-nun baş katibi Mark Rutte iyunun 24-də Haaqada təşkilatın zirvə toplantısındakı çıxışından əvvəl mətbuat konfransı keçirib. Baş katib bloka üzv ölkələrin ümumi daxili məhsulunun 5 faizini təşkil edən hərbi xərc planını həyata keçirməyin vacibliyini bir daha vurğulayıb. Bu mövzu illərdir müzakirə olunur. Ağ Ev sahibi Donald Tramp hələ birinci prezidentliyi dövründə Avropa ölkələrinin hərbi xərclərini 5 faizə çatdırılmasını tələb etmişdi. Ancaq Avropa dövlətlərinin əksəriyyəti hələ də hərbi xərclərini 5 faizə çatdırmayıb.
“Bu, olduqca çətin siyasi qərardır. Başa düşürəm ki, blok ölkələrinin daha çox pula ehtiyacı var”, – deyən Şimali Atlantika Blokunun baş katibi davam etməkdə olan Rusiya təhdidinin, Çin, Şimali Koreya və İrandan gələn təhlükələri diqqətə çatdıraraq NATO ölkələrinin hərbi xərclərini artırmaqdan başqa seçimlərinin qalmadığını xatırladıb.
Rusiya-Ukrayna və İsrail-İran müharibəsi NATO ölkələrinin həqiqətən başqa variantlarının olmadığını əyani göstərir. Üstəlik NATO baş katibi son çıxışında Tayvan ətrafındakı vəziyyətdən narahatlığını səsləndirib. Mark Rutte NATO-nun Çinin artan hərbi gücündən ehtiyat edən Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya ilə sıx əlaqələr qurduğunu bildirib. Mark Rutte Çinin Tayvanı ələ keçirmək ssenarisini həyata keçirməyə çalışması halında ABŞ-la yanaşı NATO-nun da reaksiya vermək məcburiyyətində qalacağını bildirib. NATO-nun ötən il Vaşinqtonda keçirilən sammitində də Çinin artan hərbi gücündən, nüvə arsenalını artırmasından, kiber fəaliyyətini genişlənməsindən və kosmosdakı fəallığından narahatlıq bildirilmişdi. Bu arada, Yaponiya ilk dəfə olaraq öz ərazisində raket sınağı həyata keçirməsi diqqəti çəkib. “Type-88” adlı yer-gəmi tipli raket, ölkənin şimal adası olan Hokkaido adasında sınaqdan keçirilib. Yaponiya daha əvvəl müttəfiq ölkələrin ərazilərində raket sınağı həyata keçirmişdi.
Müasir müharibələrdə texnoloji üstünlükləri olan ölkələrin uğur qazanmaq şansı daha çoxdur. Dronlar bahalı tankları, hava müdafiə sistemlərini yara bilən orta və uzaq mənzilli raketlər isə hərbi mərkəzləri dağıtmaq gücünə malikdirlər. Bu baxımdan Azərbaycanın hərbi sahədə texnoloji üstünlükləri olan dövlətlərlə sıx əməkdaşlığı ordunun güclənməsində əhəmiyyətli rol oynayır. Digər tərəfdən dünyadakı və bölgədəki gərgin vəziyyət Azərbaycanın hərbi xərclərini artırmağı diktə edir.