Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
12:52 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 243 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Dünən Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla və ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüş keçirilib.
Görüşlə bağlı verilən açıqlamada, prezident Ərdoğanın Türkiyə ilə ABŞ arasında xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin 100 milyard dollarlıq ümumi ticarət həcmi hədəfinə çatmasını asanlaşdıracağını ifadə etdiyi bildirilib.
Açıqlamada Ərdoğanın “Trampın səyləri ilə İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışladığı və bunun daimi olmasını arzuladığı, Qəzzada baş verən humanitar faciənin ən qısa zamanda sona çatması və Rusiya ilə Ukrayna arasındakı müharibənin sülh yolu ilə həllində yaxın dialoqun vacibliyini vurğuladığı”, – bildirilib. Hollandiya Kral Sarayında baş tutan ikitərəfli görüşdən əvvəl iki lider ailə şəkili çəkdiriblər. Fotosessiyadan əvvəl Ərdoğan və Tramp əl sıxaraq yan-yana pozalar veriblər.
Sonra onlar Hollandiya kralı Villem-Aleksander və xanımı Maksimanın NATO liderlərinin şərəfinə verdiyi şam yeməyində eyni masada əyləşiblər. Çexiya prezidenti Petr Pavel, İtaliyanın baş naziri Corca Meloni və NATO-nun baş katibi Mark Rutte də eyni masada əyləşiblər.
Donald Tramp Rəcəb Tayyib Ərdoğanı ilk prezidentlik dövründə Ağ Evdə iki dəfə qonaq edib.
Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Tramp prezident Ərdoğanla münasibəti ilə bağlı “Türkiyə və onun lideri ilə çox yaxşı münasibətim var”, – demişdi.
Ərdoğanı "sərt, çox ağıllı və heç kimin edə bilmədiyi bir şey etdi" deyə xarakterizə edən Tramp, Türkiyənin Suriyada Bəşər Əsəd rejiminin devrilməsində rol oynadığını bildirib.
ABŞ-Türkiyə münasibətləri
Son illərdə Türkiyə ilə ABŞ arasında münasibətlər Şərqi Aralıq dənizi, Suriya və Qəzzada siyasi fikir ayrılıqlarından tutmuş Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına qədər müxtəlif məsələlərə görə gərginləşib. Bu, ABŞ-ın sanksiyalarına və Türkiyənin 2019-cu ildə “F-35” döyüş təyyarəsi proqramından çıxarılmasına səbəb oldu.
Daha sonra Ankara Vaşinqtondan 40 “Block-70 F-16” döyüş təyyarəsi və 79 modernləşdirmə dəsti almaq istəyib. Bu razılaşma Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra təsdiqləndi və bu hadisələr münasibətlərin yumşalmasına səbəb oldu.
Ərdoğan, həmçinin Türkiyənin tədarük zəncirləri baxımından üstünlüyə malik olduğunu bildirərək, Ukrayna-Rusiya müharibəsində əsas silah-sursat olan 155 mm-lik mərmilərin istehsalı və tədarükü sahəsində əməkdaşlığı nümunə göstərib.
Vaşinqton Rusiyaya qarşı sanksiyaları pozan bir sıra türk fiziki və şirkətlərinə də sanksiya tətbiq edib.
ABŞ-ın CAATSA çərçivəsində Müdafiə Sənayesi Rəhbərliyi (SSB) və o zamankı Müdafiə Sənayesi Başçısı İsmail Dəmir də daxil olmaqla dörd qurum rəsmisinə qarşı “Rusiya ilə əlaqələr” səbəbiylə sanksiyaları 2021-ci ildə qüvvəyə minib.
Türkiyə Ukraynanı dəstəkləyir, lakin Moskvaya qarşı sanksiyalara qoşulmayıb.