Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
10:56 | 21 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 519 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Kreml Azərbaycana qarşı pisliklərini davam etdirir, sadalamağa ehtiyac yoxdur. Əsas sual budur: Kremlin başbilənləri ölkəmiz əleyhinə daha nələri etməyi planlaşdırırlar? Rusiyanın müxtəlif şəhərlərində diaspora nümayəndələrimizə müxtəlif problemlər yaradacaqlarını, kənd təsərrüfatı məhsullarımızı əvvəlkitək sərhəddən geri qaytaracaqlarını proznozlaşdırmaq olar. Bu azmış kimi, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin dövlət kanallarındakı şovinist aparıcılar, proqramlara çıxardıqları siyasi şərhçilər və “Z-blogerlər” Azərbaycana qarşı təxribatları genişləndirməyi təklif edirlər. Narahat olmalıyıqmı?
Rusiya hərbçiləri “sülhməramlı” adı altında hələ Qarabağda olsaydılar, narahatlıq üçün əsas ola bilərdi. Bu məsələni həll etmişik, 200 ildən sonra ilk dəfə torpaqlarımızda rus hərbçisi yoxdur. Ancaq şimaldan istiqamətlənən müxtəlif təxribatçı ssenarilərə də hazır olmalıyıq. Birincisi, kənd təsərrüfatı məhsullarımız üçün alternativ bazarların axtarışını sürətləndirməliyik. İkincisi, geri qayıdan azərbaycanlılara Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətlərini davam etdirmək üçün münbit şərait yaradılmalı, kreditlər ayrılmalıdır. Çünki, Rusiya Gürcüstan müharibəsində gürcüləri kütləvi şəkildə deportasiya etdiyi kimi eyni “üsuldan” azərbaycanlılara qarşı da istifadə edə bilər. Rusiyadakı azərbaycanlı işadamlarının leqal kapitallarını “vergi yoxlamaları” bəhanəsiylə əllərindən ala bilər. Rusiya İranla Xəzərdə birgə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlər sırasında iki ölkənin hərbi gəmiləri dəniz sərhədlərimizi poza bilər. Rusiya Dağıstanla sərhədə əlavə qüvvələr cəmləşdirə bilər. Buna qarşı Azərbaycan Türkiyə ilə yanaşı Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi təlimlərin sayını artırmağa çalışmalıdır. Məntiqlə Kreml Ukrayna ilə müharibə apardığı, Qərbin sərt sanksiyaları ilə üzləşdiyi dövrdə ötən ilin dekabrına qədər normal münasibətləri olduğu Azərbaycanla gərginliyin ortadan qaldırılmasına çalışmalıdır. Ancaq Rusiyanı idarə edənlər nə vaxt məntiqlə qərar veriblər ki?