Ermənistana növbəti qatar yola salındı
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
16:24 | 16 iyul 2025 | Çərşənbə
Məqaləyə 1226 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyulun 16-da Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşü xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov olsa da, ölkənin əsas siyasi fiquru dövlət başçısının atası Qurbanqulu Berdiməhəmmədovdur. Türkmənistan illərdir neytral xarici siyasətə üstünlük verir və bloklara qoşulmur.
Türkmənistan türkdilli dövlət olmasına baxmayaraq, Türk Dövlətləri Təşkilatının üzvü deyil. Türkmənistan Türk Dövlətləri Təşkilatının toplantılarına müşahidəçi statusunda qatılır. Halbuki, Türkiyə və Azərbaycan Türkmənistanın təşkilata üzv olmasını istəyir. Türkiyə və Avropa Birliyi Türkmənistan qazının Azərbaycan üzərindən Avropa ölkələrinə nəql edilməsini də istəyir. Ancaq bunun üçün Xəzər dənizinin dibi ilə boru xətti tikilməlidir. Azərbaycan Türkmənistan qazının Avropaya nəqlinə dəstək verməyə hazırdır. Ancaq Azərbaycan Xəzər dənizinin dibi ilə boru xəttinin tikintisinin təşəbbüskarı kimi çıxış etmək fikrində deyil. Azərbaycanın mövqeyi belədir ki, həmin boru xəttinin tikintisini Türkmənistan və Avropa Birliyi həyata keçirməlidir.
1990-cı illərdə Türkmənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik var idi. Türkmənistan Azərbaycanın Xəzər dənizindəki “Kəpəz” yatağına iddia edirdi. Türkmənistan həmin yatağı “Sərdar” adlandırırdı. 2021-ci il yanvarın 21-də Aşqabadda iki dövlət arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında memorandum imzalandı və bununla mübahisəyə son qoyuldu. Memarandumla yatağın adı dəyişdirilərək “Dostluq” adlandırıldı.
Buna baxmayaraq, həmin yataqda birgə fəaliyyətə hələ başlanılmayıb. Qurbanqulu Berdiməhəmmədovun Bakıda İlham Əliyevlə bu məsələni müzakirə edəcəyi mümkündür. Qurbanqulu Berdiməhəmmədov Bakıdan sonra Qarabağa gedəcək. Bu da Azərbaycan üçün əhəmiyyətlidir. Ümumiyyətlə müxtəlif dövlət liderlərinin işğaldan azad olunan Qarabağ bölgəsinə səfərləri Azərbaycanla əməkdaşlığa verilən qiymətdir. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ardınca, Türkmənistanın da Qarabağ və ya Şərqi Zəngəzurda məktəb və ya mədəniyyət mərkəzinin inşaatına qərar verməsi ümumi işin xeyrinə olar.