Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
13:44 | 11 iyul 2025 | Cümə
Məqaləyə 487 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Azərbaycan və Ermənistan liderlərinin Abu-Dabidə konstruktiv görüşü ilə terrorçu PKK-nın silahları təhvil verməsiylə birbaşa əlaqəsi olmasa da, hər iki hadisə Türkiyənin bölgədə artan rolundan xəbər verir. Ermənistanın baş naziri Nikol Paşinyanın ötən günlərdə Türkiyəyə səfəri və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla qapalı görüşdə nələrin müzakirə edildiyi açıqlanmasa da, məhz bu səfərdən sonra maraqlı hadisələr cərəyan etməyə başladı.
Birincisi, Paşinyan Kremlin dəstək verdiyi radikal müxalifət, kilsə və Rusiyaya bağlı iş adamları ilə mübarizəni sərtləşdirdi. Paşinyan bu qüvvələrin ona qarşı çevriliş hazırladıqları planını faş etdi. Bundan sonra Azərbaycan və Ermənistan liderlərinin iyulun sonunda Əbu-Dabidə görüşəcəkləriylə bağlı xəbər yayıldı. Maraqlıdır ki, liderlər iyulun sonunu gözləmədilər. Doğru qərar idi, çünki Kreml Ermənistan və Azərbaycan əleyhinə pozuculuq fəaliyyətini genişləndirib. Zaman itkisinə yol vermək olmaz. Türkiyənin Rusiya ilə normal dialoqu olsa da, Ankara Bakı və İrəvan kimi Moskvanın Cənubi Qafqazda təsir imkanlarının azalmasında maraqlıdır.
Türkiyə Ermənistanın Azərbaycanla sülh sazişi imzalayacağı günü və Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir. Bu Türkiyənin Ermənistanla sərhədin açılmasına, diplomatik münasibətlərin qurulmasına və Cənubi Qafqazda daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu arada, PKK terrorçularının silahları təhvil verməyə başlaması Türkiyəni 40 ildir məşğul edən əsas problemdən qurtulmasına imkan verəcək. Bu prosesi pozmaq istəyənlər kənar qüvvələr var olsa da, terror Türkiyənin gündəmindən çıxmaq üzrədir. PKK-dan Türkiyəyə qarşı daha kimlər istifadə etmədi ki? Rusiya, ABŞ, Yunanıstan, Fransa, Almaniya, İran hətta Ermənistan, bu dövlətlər imkanları daxilində PKK-nın ayaqda durmasına dəstək verdilər. Ankara terrorçuları tərksilah etməklə həmin dövlətlərin Türkiyə əleyhinə istifadə etdiyi aləti əllərindən almış olacaq.