
İranda Şah və Şeyx
Yaxud istibdadın iki üzü
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
İranın Azərbaycana qarşı siyasəti
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
“The Jerusalem Post ” qəzetinin dünənki sayında “Khamenei’s personal hatred of Azerbaijan” (Xameneyinin Azərbaycana şəxsi nifrəti) adlı məqalə təqdim olunub. Məqalənin müəllifi MORDECHAI KEDAR yazır ki, İran İslam Respublikası şimal qonşusu Azərbaycana ciddi düşmənçilik hissi bəsləyir. İran uzun illər Azərbaycanı təkcə hərbi yox, həm də psixoloji müharibə yolu ilə təhdid edir. İran Azərbaycanla bağlı çoxsaylı saxta xəbərlər, reallıqdan işıq ili qədər uzaq məlumatlar yayır.
İranda hakimiyyətin ən zirvəsində dayanan bir şəxs bütün farsların Azərbaycana qarşı nifrətini körükləyir: Ali Rəhbər Əli Xameneyi.
“İran daxilində Azərbaycan xalqına qarşı bu izaholunmaz nifrəti izah etməyə çalışan bəzi məlumatlara görə, Xameneyinin anası erməni əsilli iranlıdır ki, bu da onun Azərbaycana olan düşmənçiliyinin mənbəyi ola bilər. Bu, həm də Xameneyinin hakimiyyəti dövründə İranın Ermənistanla dərinləşən əlaqələrini izah edir”.
Ali liderin xalqa aşılamaq istədiyi fikir odur ki, Azərbaycan İsrailin əlində “sionist alət” çevrilib, Yaxın Şərqdə və Qafqazda regional sabitliyə təhlükə yaradır.
Azərbaycana böhtan atma tendensiyası əvvəl media orqanlarından və ya “Telegram” kanallarında müşahidə olunurdu. İndi isə bu tendensiya birbaşa İran hökumətinin özündən qaynaqlanır. Bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycana qarşı hücuma keçdi.
Sobhani çoxdan diplomat kimi fəaliyyətini dayandırıb və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) diplomatik hücum itinə və Qafqazda yalanların əsas tədarükçüsünə çevrilib. O, iddia edib: “İsraillə İran arasında münaqişə zamanı az sayda İsrail pilotsuz təyyarəsinin qonşu ölkələrdən, xüsusən də Azərbaycandan İran ərazisinə daxil olması barədə rəsmi Tehran məlumatlara malikdir”.
Kiçik bir haşiyə çıxaraq deyim ki, İran prezidenti Məsud Pezeşkian 7 iyulda İranın şimalında yerləşən Gilan vilayətində vilayət şurasının iclasında deyib ki, yayılan bəzi şayiələrin əksinə olaraq, ölkənin təhlükəsizlik orqanları bəzi qonşu ölkələrin İrana hücumlar zamanı İsraillə hərbi əməkdaşlıq etdiyinə dair hər hansı bir əlaməti təsdiqləməyiblər.
Əli Xameneyinin anası ermənidirmi? Qərb mənbələri yazır ki, Əli Xamenei 1939-cu ildə Məşhəddə Şərqi Azərbaycan vilayətinin Xamane şəhərindən olan Xameneyi ailəsində anadan olub. Onun atası Xamanedən olan etnik azərbaycanlı, anası isə Yəzddən olan etnik farsdır.
Reallıq isə belədir ki, İranda fars şovinizminə söykənən molla rejimi Ermənistanla dostluq, Azərbaycan ilə isə düşmənçilik siyasəti yeridir. Molla rejiminin ən başında isə Əli Xameneyi yer alır. Nə təhər ola bilər ki, İranın ali lideri də, prezidenti də türk olsun. Ancaq ölkədə total şəkildə anti-türk təbliğatı aparılsın. Bunu sağlam məntiqlə anlamaq sadəcə mümkün deyil.
Türk olması ilə iftixar duyduğunu deyən Məsud Pezeşkian İran prezidenti seçildikdən sonra vəziyyət xeyli dəyişib. Məsələn, Məsud Pezeşkianın yuxarıda vurğuladığım bəyanatı onu deməyə əsas verir ki, bundan sonra İranda anti-türk siyasəti yeritmək getdikcə çətinləşəcək...