İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:36 | 29 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 1355 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran, bazar ertəsi günü İsrail üçün casusluq ittihamı ilə bir şəxsi edam etdiyini açıqladı. Rəsmi mənbə olan “Mizan” Xəbər Agentliyi, Bəhman Çubiasl adlı şəxsin “İranda ən vacib İsrail casuslarından biri” olduğunu iddia etdi.
Bu edam, iyunda İsrail ilə baş vermiş 12 günlük qarşıdurmadan bu yana verilən 10-cu edam cəzası oldu.
“Mizan” Xəbər Agentliyinə görə, Çubiasl “həssas telekommunikasiya layihələri” üzərində çalışıb və “elektron cihazların idxal yolları” barədə məlumat sızdırıb. Lakin bu iddialara dair heç bir sübut təqdim edilməyib. Çubiaslın işi əvvəllər İran mediasında işıqlandırılmayıb, xaricdəki insan hüquqları fəalları da bu işdən xəbərdar deyildilər.
Edam hökmünün icrası Birləşmiş Millətlər Təşkilatının (BMT) İranın nüvə proqramı ilə bağlı yeni sanksiya qərarını elan etməsindən dərhal sonra gəlib.
Bu ayın əvvəlində də Babak Şahbazi adlı bir şəxs eyni ittihamla edam edilmişdi. Aktivistlər isə Şahbazinin işgəncə altında saxta etirafa məcbur edildiyini iddia etmişdilər.
İran Rusiyanın Ukraynanı işğalını dəstəkləyən ölkələr sırasındadır və Moskvaya sivil hədəflərə yönəlmiş “Shahed” pilotsuz uçan aparatları təmin edir.
Fars-molla rejimi son illərdə iqtisadi böhran, qadın hüquqları tələbləri və dini avtoritarizmin dəyişdirilməsi çağırışları ilə genişlənən etirazlarla üzləşib.
İyunda İsrail ilə baş vermiş 12 günlük müharibədən sonra ölkədə edamlar sürətlə artıb. 1988-ci ildə İran-İraq müharibəsi sonunda minlərlə şəxsin edam edilməsindən bəri belə sürət müşahidə edilməyib. Oslo mərkəzli İran İnsan Hüquqları Təşkilatı və Vaşinqton mərkəzli “Abdorrahman Boroumand” Mərkəzinin məlumatına görə, bu il İranda minə yaxın şəxs edam edilib. Lakin rəsmi açıqlanmayan edamların sayı daha yüksək ola bilər.