Kremlin davranışındakı soyuq izlər
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
13:09 | 9 iyul 2025 | Çərşənbə
Məqaləyə 215 dəfə baxılıb
Şriftin ölçüsü
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistanın baş naziri Nikol Paşinyan üçün risqlidir. Ona qarşı 3 qüvvə – radikal müxalifət, kilsə və bir qrup işadamı birləşib. Bu 3 qüvvənin arxasında Kreml dayanır.
Moskva Ermənistanda gələn il parlament seçkisinə qədər Nikol Paşinyanın mövqelərini zəiflətməyə, imkan daxilində onu devirməyə çalışacaq. Nikol Paşinyan bundan xəbərdar olduğuna görə hər 3 qüvvəyə qarşı radikal addımlar atır, parlamentdə daha çox bağıran müxalifət təmsilçilərini, Rusiyaya bağlı keşişləri və işadamlarını həbs edir. Ancaq hadisələr Paşinyanın nəzarətindən çıxa da bilər. Təsadüfi deyil ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməsi barədə xəbərlər çoxalıb. Rusiyanın Ermənistandakı hərbi bazasının Kremldən alınan təlimat əsasında Paşinyan əleyhinə hərəkətə keçəcəyini istisna etmək olmaz.
Bu vəziyyətdə Paşinyanın xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından, sülh sazişinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından, regional əməkdaşlığa yaşıl işıq yandırmasından keçir. Açıq demək lazımdır ki, Nikol Paşinyanın devrilməsi və ya gələnilki parlament seçkisində mümkün məğlubiyyəti Azərbaycanla Türkiyənin maraqlarına cavab vermir. Digər tərəfdən Kreml Paşinyanı sıxışdırmaqla paralel olaraq Bakı ilə də münasibətləri korlayıb. Bunun özü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının aktuallığını artırıb. Bu baxımdan Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşü sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, prosesi sürətləndirə bilər.