İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:03 | 16 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 460 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrail-İran müharibəsi Hindistanı da ciddi narahat edir. Birincisi, Hindistan İrandan neft alır və bu ölkədə vəziyyət gərginləşərsə, Hindistanın İrandan neft alması çətinləşəcək. İkincisi, Hindistan İranın Cabahar limanının yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır. Müharibə davam edərsə, Hindistan bir müddət bu limandan istifadə edə bilməyəcək. Üçüncüsü, İsrail-İran müharibəsinin davamı Hindistanın ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizindən istifadəni mümkünsüz hala gətirəcək.
Buna baxmayaraq, Hindistan Çin və ya Rusiya kimi İsrailin İrana hücumunu qınayan bəyanat yaymayıb. Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olsa da, qurumun İsrail əleyhinə hazırladığı bəyanatına imza atmayıb. Dehli fərqli mövqedən çıxış edib. Hindistan Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda tərəfləri sadəcə danışıqlara və diplomatik kanallardan istifadəyə çağırıb. Halbuki, Şanxay Əməkdaşlıq Təşkilatının yayımladığı bəyanatda İsrailin İrana hücumu, o cümlədən insanların ölümünə yol açan mülki hədəflərin dağıdılması pislənilib. Bəyanatda İsrailin hücumları İran suverenliyinə qəsd kimi qiymətləndirilib.
Dehli belə bir bəyanata imza ata bilməzdi. Çünki, Hindistanın hərbi-texniki sahədə İsraillə sıx tərəfdaşlığı mövcuddur. İsrail son Hindistan-Pakistan toqquşmasında Dehlinin mövqeyini dəstəkləyib. Bu səbəbdən Dehli İsrail-İran müharibəsində neytral mövqeyə üstünlük verib. Buna baxmayaraq, Hindistan İranda vəziyyətin gərginləşməsindən narahatdır. Hindistan İranın Çabahar limanını yatırdığı kreditlər qarşılığında 10 illiyinə idarə etməliydi. Bunun reallaşması müharibə şəraitində mümkün görünmür. Ümumiyyətlə müharibə fonunda Avrasiya ölkələrinin İranla bağlı nəqliyyat layihələri müəyyən müddətə sıfırlanıb.