İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:45 | 30 aprel 2026 | Cümə axşamı
Məqaləyə 127 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Ekipaj xilas edildi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ Prezidenti Donald Tramp nüvə proqramı ilə bağlı Vaşinqtonun narahatlıqlarını aradan qaldıracaq razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasının davam etdiriləcəyini bildirib.
VAXT.AZ “Axios”a istinadən xəbər verir ki, xəbər platformasına telefonla müsahibə verən Tramp İranla mümkün razılaşma prosesi ilə bağlı fikirlərini bölüşüb.
Tramp İranın əvvəlcə Hörmüz boğazının açılması, nüvə razılaşmasının isə daha sonraya saxlanılması ilə bağlı son təklifini qəbul etmədiklərini qeyd edib.
İran limanlarına qarşı tətbiq edilən dəniz blokadasının davam edəcəyini bildirən Tramp, “İranlılar razılaşmaq istəyirlər. Onlar blokadanın davam etməsini istəmirlər. Mən isə bunu qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”, – deyə bildirib.
İran limanlarına tətbiq edilən blokadanın “bombalamadan” daha effektiv olduğunu düşündüyünü deyən Tramp, “Onlar sanki boğulur. Vəziyyət onlar üçün daha da pisləşəcək. Nüvə silahına sahib ola bilməzlər”, – deyib.
Tramp həmçinin qeyd edib ki, dəniz blokadası İranın neft ehtiyatlarına ciddi təzyiq göstərir və ölkə hər gün böyük iqtisadi itkilər verir. Onun sözlərinə görə, Tehran rəhbərliyi bu vəziyyəti davam etdirə bilməz və razılaşma axtarışındadır.