Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
22:22 | 27 iyun 2025 | Cümə
Məqaləyə 422 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
İran Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq istəyirmi? İrandakı dairələr başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla rəsmilərimizin, diplomatlarımızın, ictimaiyyət nümayəndələrimizin “biz heç zaman başqa ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə icazə vermərik” açıqlamalarına əhəmiyyət verməyərək, ölkəmiz əleyhinə təxribatlarına davam edirlər. Prezident İlham Əliyev iyunun 27-də İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən belə bir ifadə işlədib: “Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb”.
İlham Əliyevin nəzərdə tutduğu “bəzi dairələr” elə İran hakimiyyətinin içindədir. Azərbaycan Prezidentin bu sözlərindən bir neçə sonra İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı açıqlama verib. Halbuki, İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilun İlham Əliyevlə görüşdə deyib ki, “İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz”. Belə çıxır ki, Tehrandakılar Azərbaycandan “əmin” deyillər.
Beləliklə, İsrail və ABŞ-la müharibədə böyük itkilər verən qonşu ölkə Azərbaycana qarşı təxribatçı siyasətindən əl çəkən deyil. İranın Ermənistandakı səfiri ilk dəfə deyil ki, Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirir. İranın mötədil Prezidenti Məsud Pezeşkian və onun komandasının üzvü olan xarici işlər naziri Abbas Araqçı İrəvandakı səfirlərinin ağzının üstündən vurmurlarsa, deməli elə onlar da onun kimi düşünürlər.