Hörmüzdə sular isinir
ABŞ donanması İran gəmisini ələ keçirdi
12:21 | 26 iyun 2025 | Cümə axşamı
Məqaləyə 310 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
5 nəfər öldürüldü
Rusiya və Çin Amerika Birləşmiş Ştatlarının simasında birqütblü dünyanın çoxqütblü dünya ilə əvəz olunmasına çalışsalar da, İsrail-İran müharibəsi göstərdi ki, vacib qərarlar əvvəlkitək Vaşinqtonda verilir və bu zaman Rusiya ilə Çinin maraqları nəzərə alınmır. Moskva və Pekin ilk gündən İsrailin İrana hava zərbələrini pisləsələr də, hər ikisinin Tehrana dəstəyi bəyanatlardan o tərəfə getmədi.
Müharibə ABŞ Prezidenti Donald Trampın qərarı ilə dayandı və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Ev sahibinin qərarına tabe oldu. Yalnız bundan sonra Çin Trampın yadına düşdü və Ağ Ev sahibi Pekini aşağılayacı tərzdə “Çin İrandan neft almağa davam edə bilər” cümləsini işlətdi. O, cümləsinin sonrakı hissəsində Pekinə bu şəkildə mesaj da göndərdi: “Ümid edirəm ki, Çin ABŞ-dan da böyük həcmdə neft alacaq”. Cümlənin bu hissəsini belə anlamaq olar ki, Çin ABŞ-dan neft almaq istəməsə, Vaşinqton Pekinə əlavə problemlər yarada bilər. İran İsraillə müharibə zamanı haqqında çox danışılan Hörmüz boğazını bağlasaydı, bunun əsas mənfi təsiri Çinə olacaqdı. Çünki, Çin neftə olan tələbatının əsas hissəsini məhz bu boğaz üzərindən tankerlərlə daşıyaraq enerji təhlükəsizliyini təmin edir. Təsadüfi deyil ki, müharibə günlərində Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Araqçı ilə telefonla danışmışdı. Böyük ehtimalla bu telefon danışığında çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb.
Bu arada, iyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər yayılıb. Rusiya Prezidenti Vladimir Putinin bu tədbirdə iştirak etməməsinin bəlli səbəbi var. Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə dair qərarı qüvvədədir. Putin bu səbəbdən hətta tərəfdaş hesab etdiyi ölkələrə səfərlərdən çəkinir. Rusiyanı toplantıda xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Putin videkonfrans vasitəsilə toplantının işində iştirak edəcək. Çin lideri Si Cinpinin Braziliya səfərdən imtina etməsi isə müəmmalıdır. Braziliya Prezidenti Lula da Silva qısa zaman kəsiyində Çin lideri ilə iki dəfə görüşüb və həmkarının Braziliyaya səfərinə ümidli idi. Pekin səfərin təxirə salınmasını Si Cinpinin qrafikinin yoğun olmasıyla izah edib. Qrafik nə qədər yoğun olsa da, çoxqütblü dünyanın formalaşmasında Moskva və Pekinin BRİCS-ə xüsusi əhəmiyyət verdikləri halda iki əsas dövlətin liderinin toplantıda iştirak etməməsi təşkilatın imicinə mənfi təsir edəcək. Misal üçün NATO-ya üzv ölkələrin tamamının liderləri Şimali Atlantika Blokunun son zirvə toplantısında iştirak edərək, qlobal mövzularda bəyanatlar verdilər, mətbuat konfransı keçirdilər.