
Niyə “Yüksələn Aslan”?
İsrailin İrandakı əməliyyatının adı nə məna daşıyır?
İsrailin İrandakı əməliyyatının adı nə məna daşıyır?
İsrail hücumu təsdiqləyib, İran isə raketlərlə cavab verib
İsrailin İrana hücumları davam edir
İrana hücum qonşularında təhlükəsizliyi gücləndirdi
İsrail-İran gərginliyi hər iki ölkənin müdafiə qabiliyyətini sınaqdan keçirir
“Vəziyyət normallaşdıqdan sonra qaldırılacaq”
İsrail İranda rejimi dəyişməyə çalışır
İran və İsrail ordularının müqayisəsi – müdafiə büdcələri, quru və hava qüvvələri, silahların sayı...
İranın dərinliklərindəki hədəfləri vurmaq üçün yüksək texnologiyalı gizli taktika
Netanyahu: “Nüvə və raket proqramlarının mərkəzinə hədəf aldıq”
“İndi razılaşmasa, növbəti hücumlar daha qəddar olacaq”
İsrail aviasiyası Komanda mərkəzinə zərbə vurub, Xameneyidən yeni təyinatlar
İran 40 illik proksi qüvvələr siyasəti iflasa uğradı
İsrail təyyarələri yüksək dəqiqlikli raketlər və tam yanacaq çənləri ilə təmin olunmuşdu
Bizə tuşlanan hədələyici formada silkələnən barmaq sahibin məhvi ilə haqq yerini tapdı
Kamikadze PUA-lar raket sistemlərini, Həmədandakı “Subaşı” radar mərkəzini məhv edib,
İsrailin İranın hərbi mərkəzlərinə zərbələri gözlənilən idi. İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyirdi. ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu İranla danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə vermədi.
Bundan başqa İranın ali dini lideri Əli Xameneyi Donald Trampın adını çəkmədən “Sən kimsən ki, bizə yol göstərirsən” kimi Ağ Ev sahibinə mesaj göndərmişdi. Bu o demək idi ki, Əli Xameneyi nüvə məsələsiylə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinəydi. Bu durum Benyamin Netanyahunun işinə yarayırdı. İsrailin işinə yarayan daha bir hadisə baş verdi. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran əleyhinə qətnamə qəbul etdi. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulandı. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirmədi. MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan etdi ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib. Qrossinin “İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana malikdir” açıqlaması İsrailə İrana qarşı düyməyə basmaq üçün kifayət etdi.
İsrail İrana zərbə endirmək üçün ABŞ Prezidenti Donald Trampın icazəsini alıb. İsrail hava zərbələrinə ara verməyəcək. İsrailin əsas məqsədi İranın nüvə silahı ələ etmək imkanından məhrum etməkdir. Bu baş verməyənə qədər İsrailin hava zərbələri davam edəcək. İran da İsrailə cavab zərbələri endirməyə çalışacaq. Ancaq İranın İsrailə zərbələrinin elə böyük effekti olmayacaq. Bunu ötən dəfəki qarşıdurma da göstərdi. İranın İsrailə atdığı raketlərin böyük əksəriyyəti havada vuruldu, İsrail hərbçiləri arasında ölən olmadı. İsrail bu dəfə də İran raketlərini və dronlarını İsrailin hava sahəsinə çatmadan vuracaq. ABŞ birbaşa müharibəyə qarışmayacaq, ancaq Pentaqon İranla əlaqədar İsraillə kəşfiyyat məlumatlarını bölüşəcək və İran raketlərinin və dronlarının ərəb ölkələrinin hava sahəsində vurulmasında İsrailə kömək edəcək. Əgər İran ABŞ-ın ərəb ölkələrindəki hərbi mərkəzlərinə zərbələr endirərsə, İran ABŞ-İsrail ittifaqı ilə üz-üzə qalacaq və bu İranın problemlərini artıracaq.
Bu müharibə nəticəsində İrandakı proseslərin iki istiqamətdə inkişafı mümkündür. İrandakı rejim ölkədə yaşayan xalqları ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq. Rejim bu üsuldan bir dəfə istifadə edib. 1979-cu ildə İslam inqilabından bir il sonra İraqla müharibə başladı. İranda hələ mövqelərini möhkəmlətməyən yeni rejim ölkədə yaşayan xalqları ümumi düşmənə qarşı mübarizəyə kökləyə bildi. Rejim bu dəfə də belə etməyə çalışacaq. Ancaq hadisələrin ikinci istiqamətdə inkişafı da mümkündür. Müharibə nəticəsində İranda mərkəzdənqaçma meylləri güclənə bilər. İsrailin istəklərindən biri də budur.
Azərbaycan İrandakı hadisələrin müxtəlif ssenariləri üzrə inkişafına hazır olmalıdır. İrandakı soydaşlarımız müharibədən qorunmaq üçün Türkiyə və Azərbaycana üz tuta bilərlər. Bu halda soydaşlarımıza sığınacaq verməli olacağıq. Müharibənin bu həddə çatmasını arzulamırıq. Digər tərəfdən Azərbaycanda təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yaranıb. Çünki, İranın mühafizəkar dairələr radikallaşaraq ABŞ və İsraillə əməkdaşlıq edən bölgə ölkələrinə qarşı addımlar ata bilərlər.