ABŞ təyyarəsi Pakistana endi
“Danışıqlar hərbi bazada keçirilə bilər”
16:22 | 15 oktyabr 2025 | Çərşənbə
Məqaləyə 344 dəfə baxılıb
Şriftin ölçüsü
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
4 mindən çox kənd su altında
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
Pakistanın iki əyalətində silsilə terror hücumları
Pakistan-Əfqanıstan sərhədində yenidən gərginlikdir, döyüşlər səngimir, hər iki tərəfdən ölən və yaralanlar var. Bu gedişlə atəşkəsə nail olmaq üçün vasitəçiyə ehtiyac olacaq. Əks halda bu iki ölkə bir müddət sonra yenidən toqquşacaq. ABŞ Prezidenti Donald Tramp yenə özünü qabağa verəcəkmi?
Pakistanın baş naziri Şahbaz Şərifin ABŞ Prezidenti ilə dostluq münasibətləri var. Buna baxmayaraq, hər hansı münaqişədə vasitəçi olmaq üçün hər iki tərəfin razılığı olmalıdır. Taliban rejiminin Vaşinqtonun vasitəçiliyinə razılaşacağı çətindir. Vasitəçiliyə iddia edən ölkələrdən biri Çin ola bilər. Pekin İslamabadla strateji tərəfdaşdır. Pekinin Taliban rejimi ilə də sıx əlaqələri var. Pekinə Pakistanla Əfqanıstan arasında münasibətlərin normallaşdırılması həm də ona görə vacibdir ki, Çinin hər iki ölkədə iqtisadi maraqları var. Qətər də tərəfləri masa arxasında oturmağa dəvət edə bilər. Qətərin son illərdə müxtəlif münaqişələrlə bağlı vasitəçilik təcrübəsi var. Taliban Əfqanıstanda ABŞ qoşunlarına qarşı savaşarkən, Qətərdə nümayəndəliyi mövcud idi. ABŞ diplomatları ilə Taliban nümayəndələri arasında danışıqlar məhz Qətərdə gedirdi və bu danışıqların nəticə olaraq sonda Vaşinqton Əfqanıstanı tərk etmək qərarına gəldi.
Vasitəçi hansı dövlət olursa-olsun əsas məsələ Əfqanıstanla Pakistan arasında sərhədin hər iki tərəfdən tanınmasıdır. Əfqanıstan 1893-cü ildə ingilis müstəmləkəçilərinin müəyyənləşdirdiyi və şərti adı “Durand xətti” adlanan sərhədi tanımır. İki ölkə arasında sərhədin uzunluğu isə 2670 kilometrdir.