Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:12 | 8 aprel 2026 | Çərşənbə
Məqaləyə 150 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ prezidenti Donald Tramp İrana verilən müddətin başa çatmasına təxminən bir saat qalmış hücumların iki həftəlik dayandırılmasına razılıq verdiyini açıqlayıb.
VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, Tramp bu qərarı Şahbaz Şərifin təklifinə istinad edərək elan edib. O bildirib ki, hücumların iki həftə müddətinə dayandırılması qərarı İranla bağlı son tarixə az qalmış qəbul olunub.
ABŞ prezidenti daha əvvəl İrana aprelin 8-də saat 20:00-dək (Bakı vaxtı ilə 04:00) müddət vermişdi.
Donald Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada bildirib ki, bu qərar Pakistan rəhbərliyi ilə aparılan danışıqlardan sonra qəbul edilib. Onun sözlərinə görə, Asim Munir ilə aparılan müzakirələr zamanı İran istiqamətində göndərilməsi planlaşdırılan güclü zərbələrin dayandırılması xahiş olunub.
Tramp qeyd edib ki, İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razılaşması şərti ilə bombardman və hücumların iki həftə müddətinə dayandırılması qəbul edilib. Onun sözlərinə görə, bu qərar qarşılıqlı atəşkəs xarakteri daşıyacaq.
ABŞ prezidenti əlavə edib ki, ABŞ hərbi hədəflərinin əksəriyyətinə artıq nail olub və İranla uzunmüddətli sülh razılaşması istiqamətində ciddi irəliləyiş əldə edilib. O, həmçinin bildirib ki, İran tərəfindən təqdim olunan 10 maddəlik təklifin danışıqlar üçün əsas yarada biləcəyinə inanır.
Tramp vurğulayıb ki, iki həftəlik fasilə razılaşmanın yekunlaşdırılması üçün imkan yarada bilər və Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişənin həllinə yaxınlaşmaq ABŞ üçün mühüm addım sayılır.