İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:04 | 8 aprel 2026 | Çərşənbə
Məqaləyə 141 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
ABŞ prezidenti Donald Trumpın İrana qarşı genişmiqyaslı bombardmanları dayandırması və ABŞ-İran müharibəsində iki həftəlik atəşkəs elan etməsi xəbərlərindən sonra dünya bazarlarında neft qiymətləri kəskin şəkildə aşağı düşüb.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, atəşkəs xəbərləri fonunda “Brent” markalı neft üzrə fyuçers müqavilələrinin qiyməti 16 faizdən çox azalaraq bir barel üçün 90,78 dollara qədər geriləyib. Eyni zamanda, ABŞ-ın əsas neft markası olan “West Texas Intermediate” (WTI) üzrə fyuçerslər də təxminən 16 faiz ucuzlaşaraq 94 dollar ətrafında ticarət olunub.
Neft qiymətlərinin düşməsi fonunda fond bazarlarında isə əksinə, yüksəliş qeydə alınıb. ABŞ-ın aparıcı indeksləri — “S&P 500” və “Nasdaq 100” üzrə fyuçerslər təxminən 2 faiz artıb, “Dow Jones Industrial Average” üzrə fyuçers kontraktları isə 900 bənddən çox yüksəlib.
Analitiklər bildirirlər ki, atəşkəs gözləntiləri enerji bazarlarında risklərin azalması ilə bağlı ümidləri artırdığı üçün neft qiymətlərində belə kəskin eniş müşahidə olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, İrana qarşı bombardman və hücumların iki həftə müddətinə dayandırılmasına razılıq verib. O, dünən etdiyi başqa bir açıqlamada bunun qarşılıqlı atəşkəs olacağını vurğulayıb və ABŞ-ın hərbi hədəflərinə artıq nail olduğunu, həmçinin Yaxın Şərqdə uzunmüddətli sülh razılaşması istiqamətində irəliləyiş əldə edildiyini bildirib.