
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Radikal müxalifət, kilsə və bir qrup biznesmenin arxasında bir qüvvə var – Kreml
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
Baş yepiskop həbs olundu
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Rusiya və Ermənistandakı şovinist dairələr Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki görüşünün təşkilinin arxasında Vaşinqtonun dayandığını irəli sürüblər. Yəni həmin dairələrin məntiqinə görə, Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın bölgədə əsas müttəfiqlərindən biri kimi Vaşinqtonun təlimatı əsasında Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edib. Bunu həm də onunla izah edirlər ki, görüşdən bir gün əvvəl dövlət katibi Marko Rubio Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıyla bağlı optimist fikirlər söyləyib.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında Vaşinqtonun maraqlı olmasında qeyri-adi heç nə yoxdur. Buna baxmayaraq, Bakı ilə İrəvan arasında mümkün razılaşmanın arxasında Vaşinqtonun dayandığı barədə iddialar şişirdilib. Birincisi, Vaşinqtonun istəyinə rəğmən, Bakı ilə İrəvan öz aralarında razılıq əldə etməsəydilər, Abu-Dabidə görüş baş tutmazdı. Demək, tərəflər arasında uzun müddətdir birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub və bunun əsasında liderlər görüşə və mümkün razılaşmaya ehtiyac duyublar. O ki qaldı, görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsinə, bu dövlət ABŞ-ın tərəfdaşı olmaqla yanaşı Azərbaycan və Ermənistanla da sıx iqtisadi münasibətləri var. Yəni Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan liderlərinin görüş yeri kimi münasib məkanlardan biri kimi dəyərləndirilib. Bunun üçün Vaşinqtonun xüsusi təklifinə ehtiyacı olmayıb. Böyük ehtimalla görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi Prezident İlham Əliyevin təklifi olub.
Abu-Dabidə razılaşma əldə olunarsa, Rusiyada və Ermənistandakı şovinist dairələr baş nazir Nikol Paşinyana qarşı yeni “arqument” ortaya atacaqlar. Deyəcəklər ki, Paşinyan məhz Abu Dabidəki mümkün razılaşma ərəfəsində Ermənistandakı rəqiblərini sıxışdırmağa və həbs etməyə başlayıb. Guya bu qüvvələr sıxışdırılmasaydı, Paşinyanın İlham Əliyevlə mümkün razılaşmasına əngəl olacaqdılar. Halbuki, radikallar azadlıqda olanda nə qədər çalışsalar da, ermənilərin əksəriyyətini Nikol Paşinyana qarşı üsyana qaldıra bilmədilər.