İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:46 | 27 iyun 2025 | Cümə
Məqaləyə 333 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın Ermənistandakı səfiri Mehdi Sübhani Qərbi Azərbaycanı İranın əyaləti adlandırıb. Bundan başqa Azərbaycan hava məkanı üzərindən İsrailə məxsus PUA-ların İrana qarşı istifadə edildiyini deyib. Eyni ittihamı İran prezidenti Pezeşkian da səsləndirib. Azərbaycan XİN bu iddiaları əsassız hesab edib. İsfahanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayraq günü” keçirilib. Azərbaycan tərəfi açıq mövqe göstərib İsrailin tərəfində dursa, yenə bəhanə tapardılar. Lakin belə olmadı və əksinə, İsrailə dəfələrlə müraciət ünvanladı ki, Azərbaycan türklərinin olduğu yaşayış məntəqələri vurulmasın.
İran Azərbaycana qarşı hər zaman açıq qərəz nümayiş etdirib, Azərbaycanı “Bakı Cümhuriyyəti” adlandırıb, SEPAH-ın “Telegram” kanallarında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib. İran özünü islam dövləti adlandırsa da, Qarabağda məscidlərdə donuz saxlanılmasına heç vaxt münasibət bildirməyib.
Xocalı qətliamını Rivlin BMT-də işıqlandıranda, rəsmi səviyyədə soyqırım aktı kimi xatırladanda İran ümumiyyətlə bu məsələdə də prinsipal olmamışdı. İran erməni patriarxlarına qucaq açanda İsrail hədsiz vergilər tətbiq etdi, sonra Yerusəlimdəki erməni patriarxlığını və onun əsrlər boyu xristianların nəzarətində olan tarixi mülklərini ələ keçirməyi əmr etdi. Bu addım Yerusəlimdəki xristian liderlər tərəfindən rədd edildi və erməni patriarxı Baş nazir Netanyahuya etiraz məktubu göndərdi.
Bir neçə ay əvvəl İsrail Knessetində təmsil olunan Simon Moşiaşvili ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci aktın ləğvi ilə bağlı çağırış etmiş və Azərbaycana dəstək verilməsini vurğulamışdı.
İran Azərbaycandan hesabat istəyirsə, ilk öncə Azərbaycanda yəhudi icmasının liderini öldürməyə cəhd edən terrorçunun hesabatını versin. Xəzər dənizində sərhədi pozub qırıcı təyyarələrlə dövrə vururdu, onun hesabatını versin.
İsraillə olan son savaşda da Hayfa şəhərində Vadi Nisnas bölgəsindəki Əl-Cərin məscidini vurub, nəticədə məscidin içərisində olan müsəlman din xadimlərini yaralamışdı. İranın müdafiə olunacaq heç bir tərəfi yoxdur, hətta “Hizbullah” terror təşkilatının keçmiş baş katibi Həsən Nəsrullahın gənclik illərində Livandakı “Asala” terror təşkilatının təlim düşərgələrində hərbi və ideoloji təlim keçdiyi də sirr deyil.