Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:16 | 27 iyun 2025 | Cümə
Məqaləyə 180 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Tramp fars-molla rejiminin lideri Ayətullah Əli Xameneyinin bəyanatından sonra sanksiyaların yumşaldılması üçün bütün səyləri dərhal dayandırdığını bildirib.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlama verib.
Tramp İranla bağlı suala “İranın nüvə silahı əldə edəcəyini düşünmürəm” deyib.
ABŞ prezidenti də “İran danışmaq istəyir” deyib.
Tramp bəyan edib ki, İranın nüvə obyektləri Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və ya hörmət edilə bilən biri tərəfindən yoxlanılmalıdır.
Tramp İranın uranı yenidən zənginləşdirəcəyi təqdirdə hücum etməyi düşünüb-düşünməyəcəkləri ilə bağlı suala “Əlbəttə. Heç bir sual işarəsi yoxdur” deyə cavab verib.
***
Mətbuat konfransından sonra “Truth Social”a açıqlama verən Tramp, İranın dini lideri Əli Xameneyinin müharibədə qalib gəldiklərinə dair açıqlamasının yalan olduğunu ifadə edərək, “Xameneyi deyir ki, müharibədə qalib gəldim. Bunun yalan olduğunu bilir”.
Tramp həmçinin Xameneyinin öldürülə biləcəyini, lakin bunun qarşısını aldığını iddia edib.
ABŞ prezidenti açıqlamasında “Onların ümidləri yoxdur. Daha da pisləşəcək. Ümid edirəm İran administrasiyası bal və sirkədən daha çox qazana biləcəyini dərk edər. Sülh!”
***
Tramp Xameneyinin ABŞ-ın Qətərdəki bazasına edilən hücumlara bənzər hücumların “yenidən ola biləcəyi” sözlərinə reaksiya verib.
Son bir neçə gündür sanksiyaların ləğvi və İrana “tam, sürətli və tam sağalma şansı” verilməsi üçün çalışdığını ifadə edən Tramp, “Ancaq bunun əvəzinə qəzəb, nifrət və ikrah ifadələri ilə qarşılaşdım. Bu səbəbdən sanksiyaların ləğvi üçün bütün digər planlarımı dərhal dayandırdım”, – deyib.
Tramp bəyan edib ki, İran “dünya nizamının axınına” qayıtmalıdır, əks halda Tehran administrasiyası üçün vəziyyət daha da pisləşəcək.
İran liderləri haqqında “Onlar hər zaman çox qəzəbli, düşmən və bədbəxtdirlər. Görün bu onlara nə gətirdi, gələcəyi olmayan, yanmış və partladılmış bir ölkə, məhv edilmiş ordu, dəhşətli iqtisadiyyat və hər yerdə ölüm var”, – deyib.
İran lideri Xameneyi son açıqlamasında deyib ki, İran “qələbə qazanıb və ABŞ-ın üzünə sillə vurmaqla cavab verib”.
ABŞ-ın Qətərdəki bazasına hücuma toxunan Xameneyi, “Bu hərəkət gələcəkdə də təkrarlana bilər”, – deyib.