Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
11:27 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 398 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bu ildən etibarən icrasına başlanılan ikili diplom proqramı (İDP) çərçivəsində ilk tələbə qrupu sentyabrın 8-də Çin Xalq Respublikasına yola salınıb.
Artıq Pekin şəhərində olan BMU tələbələrinin burada yaşayışı, təhsillərini yüksək səviyyədə davam etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Tələbələr tədris prosesinə sentyabrın 15-də başlayacaqlar.
Çinin aparıcı ali təhsil müəssisəsi ilə birgə həyata keçirilən proqram kimya, kompüter və mexanika mühəndisliyi ixtisaslarını əhatə edir. 2+2 modelinə əsaslanan proqrama uyğun olaraq BMU-da I və II kursları uğurla başa vuran tələbələr növbəti kursları PKTU-da oxuyacaqlar. Sonda isə tələbələr iki universitetin diplomunu əldə edəcəklər.
Bu, Azərbaycan ilə Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır və insan kapitalının inkişafı, elmi-texniki tərəqqi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. BMU tələbələri proqramın yaratdığı imkanlar sayəsində Çin universitetlərinin müasir elmi bazası üzərində biliklərini dərinləşdirəcək, ən son standartlara uyğun bacarıqlara yiyələnəcəklər.
İki universitet arasında qurulan əməkdaşlığa əsasən gerçəkləşdiriləcək birgə layihələr və elmi araşdırmalar ölkəmizdə yüksəkixtisaslı kadrların yetişdirilməsinə töhfə verməklə yanaşı, Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edir. Təhsil sahəsində güclənən əməkdaşlıq “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində qarşılıqlı etimadın və humanitar əlaqələrin inkişafına əlavə stimul verir.