Qızıl geri çəkilir
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
08:53 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 248 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Hindistan Mərkəzi Bankı (Reserve Bank of India – RBI), ABŞ Xəzinədarlıq istiqrazlarına yatırımlarını azaldıb. Bankın ABŞ istiqrazlarındakı yatırımı may ayında 235,3 milyard dollar olduğu halda, iyunda 227,4 milyard dollara düşüb. Ötən ilin eyni dövründə RBI-nin istiqrazlarda yatırımı 242 milyard dollar səviyyəsində idi.
Hindistan maliyyə naziri Nirmala Sitaraman ötən həftə RBI-nin ehtiyatları şaxələndirmək üçün çox diqqətlə verilmiş bir qərar aldığını vurğulayıb.
Hazırda Hindistanın ehtiyatları təxminən 694 milyard dollar təşkil edir və bu məbləğ dünyada dördüncü ən böyük ehtiyat sayılır.
“IndusInd Bank Ltd.” baş iqtisadçısı Qaurav Kapur bildirib ki, ABŞ-ın 2022-ci ildə Ukraynanın işğalından sonra Rusiyaya tətbiq etdiyi sanksiyalar və yaranan geosiyasi gərginliklər mərkəzi bankların qərarlarında rol oynayır. Onun sözlərinə görə, hər bir mərkəzi bank yatırımlarını şaxələndirmək istəyir.
RBI bazar ertəsi rəsmi tətil səbəbindən bağlı olub və şərh tələbinə cavab verməyib.
RBI iyul ayı etibarilə qızıl ehtiyatlarını ötən ilin eyni dövründəki 841,5 tondan təxminən 880 tona yüksəldib.
RBI-nin sabiq sədr müavini Maykl Patra ötən ay qələmə aldığı köşə yazısında mərkəzi bankların böhran vəziyyətlərində xaricdəki qızıl ehtiyatlarına çıxış imkanları ilə bağlı narahatlıqları olduğunu qeyd edib. O, RBI-nin bu addımının həmçinin ehtiyatları şaxələndirmək və ABŞ dollarına asılılığı azaltmaq üçün strateji bir cəhd olduğunu bildirib.