Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:20 | 20 oktyabr 2025 | Bazar ertəsi
Məqaləyə 837 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Budapeştədə planlaşdırılan Putin–Trump görüşü Avropa Birliyində (AB) gərginlik yaradıb. AB-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, “UCM tərəfindən barəsində həbs qərarı çıxarılmış bir şəxsin Avropada qəbul edilməsi xoş mənzərə deyil”.
Əgər görüş baş tutarsa, bu, Putinin Ukrayna müharibəsindən sonra ilk dəfə Avropaya səfəri olacaq. AB ölkələri isə Trampın diplomatik təşəbbüslərinə dəstək verməklə, eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsinin nüfuzunu qorumaq arasında çətin balans axtarır.
Litvanın xarici işlər naziri sərt reaksiya verib: “Putinin Avropadakı yeganə ünvanı Haaqa olmalıdır”.
Bu arada AB ölkələri Putinin Macarıstana səfəri üçün hava məhdudiyyətlərinə istisna tətbiq edib-etməmək məsələsini müzakirə edir.
Fransa rəsmiləri isə Putinin Avropaya gəlməsinin yalnız dərhal atəşkəslə nəticələnəcəyi halda mənalı ola biləcəyini bildirir.
Zirvə planı Trampın həm Putinlə telefon danışığından, həm də Zelenski ilə görüşündən sonra gündəmə gəlib. Avropada isə narahatlıq artır – AB liderləri qitənin gələcəyinə dair qərarların Avropanın iştirakı olmadan verilməsindən narazıdır.
Budapeştədə görüşün Viktor Orbanın ev sahibliyində baş tutması da əlavə etiraz doğurub. AB paralel olaraq Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 140 milyard avro kredit ayırmağı və 19-cu sanksiya paketini yekunlaşdırmağı planlaşdırır.