Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:44 | 21 oktyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 449 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi, dünyanın müxtəlif yerlərindən insanların da cəbhəyə qatılması ilə diqqət çəkir.
Rusiyanın tərəfində döyüşən Şimali koreyalıların iştirakı artıq dünya ictimaiyyətinə məlumdur. İngiltərənin “The Guardian” nəşri isə dünən Ukrayna tərəfdə döyüşən azsaylı çinliləri gündəmə gətirib.
Qəzetə danışan 43 yaşlı çinli bildirib ki, 2024-cü il iyulun 8-də Kiyevdəki bir uşaq xəstəxanasının bombalandığını gördükdən sonra müharibəyə qoşulmaq qərarına gəlib.
Adını “Tim” kimi təqdim edən çinli, Kiyevin kənarında yardım paylayarkən başı üzərindən raket keçdiyini, telefona baxanda isə uşaq xəstəxanasının yerlə-yeksan olduğunu öyrəndiyini deyib.
İki uşaq atası olan Tim hadisə yerinə qaçaraq xilasedici işlərə qatıldığını və orada “parçalanmış bədən hissələrini” görəndə göz yaşlarını saxlaya bilmədiyini bildirib: “Çinlilərin qəzəbini düşündüm. Bir dəfə qızışanda çox güclü olur. Orduda xidmət etməyə qərar verdim”.
Hazırda Tim Ukraynanın cənubunda ordu üçün pilotsuz uçuş aparatı “PUA” operatoru kimi çalışır. O, ilk dəfə 2023-cü ilin iyulunda Ukraynaya gedib: “O vaxt Çində işsiz idim. Könüllü olaraq Ukraynaya gedib həm çətinlik çəkən bir ölkəni görmək, həm də dostlarımın mənə verdiyi yardımları ehtiyacı olanlara çatdırmaq istədim”.
Tim 10 ildən çoxdur ki, ölkəsini tərk etməyi planlaşdırdığını, Çində senzuranın çox güclü olmasından narazı olduğunu və Ukraynanın gələcəyinə inandığını bildirib.
Digər çinli könüllü Fan isə “gələcəyə ümidini itirdiyi üçün” Ukraynaya gəldiyini deyib.
Pandemiya dövründə biznesinin batdığını və borca girdiyini bildirən 39 yaşlı Fan ölkədən bir neçə ay əvvəl ayrıldığını söyləyib: “Vətəndə heç nə etmirdim. Bu qədər mənasız bir həyatı davam etdirə bilməyəcəyimi düşündüm. Mənalı bir şeylər etmək istədim”.
Fan əvvəlcə Ukraynanın şərq cəbhəsində PUA operatoru kimi çalışıb, lakin dil baryeri səbəbindən indi anbar mühafizəsi ilə məşğuldur.
Ukrayna ordusunun nümayəndəsi Konstantin Milevski bildirib ki, hazırda quru qoşunlarında 8 min, ümumilikdə isə təxminən 16 min əcnəbi döyüşçü var.
“The Guardian” qeyd edir ki, Cənubi Amerikadan gələn bir çox şəxs ayda 3 min dollara qədər maaş qarşılığında ən təhlükəli vəzifələri yerinə yetirir, ən aşağı gəlir isə ayda təxminən 500 dollardır.
Qəzetə danışan çinli könüllülər, Ukrayna tərəfdə döyüşən həmvətənlərinin sayının “onlarla ifadə edilə biləcəyini” deyirlər.
Çin rəsmən Ukrayna müharibəsində tərəf tutmur, lakin ölkədə rusiyapərəst ab-hava üstünlük təşkil edir.
Asiya nəhənginin sosial media platformalarında Rusiyanın tərəfində muzdlu döyüşçüləri tərifləyən videolar geniş yayılıb.
Mançester Metropolitan Universitetindən Tao Vanqın (Tao Wang) apardığı sorğuya görə, çinlilərin 80%-i müharibənin ilk ilində rusiyapərəst mövqedə olub.
Vanq qeyd edir ki, Ukraynanı dəstəkləyən kəsim də az deyil, lakin bu insanlar öz fikirlərini açıq şəkildə ifadə etməkdən çəkinirlər.