Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
18:07 | 23 aprel 2026 | Cümə axşamı
Məqaləyə 95 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
ABŞ və İran arasında tanker böhranının genişlənməsi ilə əlaqədar Hörmüz boğazı ətrafında gərginlik yenidən artıb. Ekspertlər xəbərdarlıq edir ki, qarşılıqlı addımlar davam edərsə, qlobal enerji bazarları üçün “kabus ssenarisi” reallaşa bilər.
VAXT.AZ “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) bildirib ki, dünən Yunanıstana məxsus “Epaminondas” konteyner gəmisinə SEPAH-a aid hərbi gəmi tərəfindən atəş açılıb.
Eyni zamanda, qəzet yazır ki, Cenevrə mərkəzli “Mediterranean Shipping Company” şirkətinə məxsus “Francesca” adlı gəmi də Oman körfəzinə keçmək üçün gözləyərkən hücuma məruz qalıb.
SEPAH tərəfindən yayılan açıqlamada Liberiya bayrağı altında üzən “Epaminondas” və Panama bayraqlı “Francesca” gəmilərinin ələ keçirildiyi və onların İran limanlarına istiqamətləndirildiyi bildirilib.
Açıqlamada “Francesca” gəmisinin İsraillə əlaqəli olduğu iddia olunub. Digər gəmi – “Epaminondas” haqqında isə “lazımi icazələrə malik olmadığı” bildirilib.
UKMTO daha bir hadisə barədə də məlumat yayıb. Bildirilib ki, Panama bayraqlı “Euphoria” konteyner gəmisi boğazı tərk edərək Ciddə şəhərinə doğru istiqamət alıb.
Panama Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq qanunsuz gəmi ələ keçirmələrinin beynəlxalq dəniz ticarəti üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Hadisə nəticəsində gəmilərdə zərər yaransa da, ilkin məlumatlara görə insan tələfatı qeydə alınmayıb.
Eyni zamanda Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) İranın addımlarını pisləyərək ekipaj üzvlərinin dərhal azad edilməsini tələb edib.
Ağ Evin mətbuat katibi Karoline Livitt İranın son addımlarını “dəniz quldurluğu” kimi qiymətləndirib. Onun sözlərinə görə, ələ keçirilən gəmilər ABŞ və ya İsrailə məxsus olmadığından mövcud atəşkəs formal olaraq pozulmuş sayılmır.
Bu hadisələr ABŞ ordusunun Hind-Sakit okean regionunda İran tankerinə əl qoymasından sonra baş verib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) həmin “Tifani” adlı gəminin sanksiyalar siyahısında olduğunu açıqlamışdı.
Məlumata görə, Tehran ilk mərhələdə Vaşinqtonla aparılan danışıqlardan sonra Hörmüz boğazını açsa da, sonradan ABŞ-ın blokadanı tam dayandırmaması səbəbindən gəmi hərəkəti yenidən ciddi şəkildə məhdudlaşdırılıb.
Ekspertlər hesab edir ki, boğaz ətrafında yaranan vəziyyət uzun müddət davam edərsə, qlobal iqtisadiyyat üçün ciddi risklər yarana bilər.
Vaşinqton mərkəzli Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) eksperti Reyçel Zimba bildirib ki, böhran uzandıqca enerji qiymətlərində ciddi artım müşahidə oluna bilər.
Onun sözlərinə görə, belə vəziyyət qlobal bazarlarda riskləri artıraraq dünya üzrə istehlakçılara əlavə maliyyə yükü yarada bilər.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) da aprel 13-də yaydığı hesabatında İranla bağlı hərbi qarşıdurmanın uzanacağı təqdirdə dünya iqtisadiyyatının resessiya ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.