İldə 44 min itki
Alkoqol istehlakı azalsa da ölüm halları artıb
12:53 | 24 aprel 2026 | Cümə
Məqaləyə 144 dəfə baxılıb
Şriftin ölçüsü
Alkoqol istehlakı azalsa da ölüm halları artıb
İspaniyada uşaqları siqaret çəkən valideynlər cəzalandırılacaq
Siqaretin daha bir zərəri ortaya çıxdı
Avropa ölkəsində nikotin paketləri və saqqızlarına qadağa qoyuldu
Almaniya siqaretin qiymətlərini artırmağa hazırlaşır
Yeni nəsil nikotin məhsullarında 25 qat daha çox nikotin var
Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
Almaniya da açıq havada siqaret çəkməyi qadağan edir?
İngiltərədə elektron siqaret qadağası qüvvəyə minir
İyulun 1-dən sonra Fransada siqaret çəkilən yerlərin sayı azalacaq
Fransız senatora qaçaqmalçılıq ittihamı
Uşaqlar arasında elektron siqaretdən istifadə artır
Berlində qatar stansiyasında bir kişi siqareti qadının üzündə söndürüb
Siqareti atan qadın daha pisinə tutuldu, ağ ciyərləri iflas etdi
Elektron siqaretlərin sağlamlıq üçün ciddi riskləri üzə çıxıb
Hər 100 manatın 5-i
Böyük Britaniya parlamenti 2009-cu il yanvarın 1-dən sonra doğulan şəxslərə siqaret satışını ömürlük qadağan edən qanunu təsdiqləyib. Qərara əsasən, bu nəsillər gələcəkdə yaş həddi artsa belə, ölkədə qanuni şəkildə siqaret ala bilməyəcəklər.
VAXT.AZ “The Guardian”a istinadən xəbər verir ki, qanun tütün məhsullarına çıxışla bağlı sistemi mərhələli şəkildə sərtləşdirir. Belə ki, minimum yaş həddi hər il avtomatik artırılacaq və bu, uzunmüddətli olaraq “siqaretsiz nəsil” formalaşdırmaq məqsədi daşıyır.
Eyni qanunda elektron siqaretlərə (veyp) də ciddi məhdudiyyətlər tətbiq olunur. 18 yaşdan aşağı şəxslərə veyp və nikotin tərkibli məhsulların satışı qadağan edilir. Eyni zamanda reklam, mağazalarda açıq nümayiş, endirim kampaniyaları və pulsuz paylanma da məhdudlaşdırılır. Ölkədə artıq 2024-cü ildə birdəfəlik elektron siqaretlərin satışı da qadağan olunmuşdu.
Rəsmi rəqəmlərə görə, Böyük Britaniyada siqaret hər il təxminən 64 min ölümə və 400 min müalicəyə səbəb olur. Səhiyyə sisteminə düşən illik yük isə təxminən 3 milyard funt səviyyəsində qiymətləndirilir. Hazırda ölkədə böyüklərin təxminən 10%-i veyp istifadə edir və onların bir hissəsi keçmiş siqaret çəkənlərdir.
Səhiyyə naziri Ues Stritinq bu qərarı “tarixi addım” adlandıraraq, ölkədə siqaretsiz nəsil yaranacağını bildirib. Hökumət hesab edir ki, bu addım həm gənclər arasında nikotin asılılığını azaldacaq, həm də uzunmüddətli səhiyyə xərclərini aşağı salacaq.
İstənilən halda, qanun artıq Avropada tütün siyasətində ən sərt yanaşmalardan biri kimi qiymətləndirilir və digər ölkələrdə də oxşar modellərin müzakirəyə çıxarılması gözlənilir.