
Gənclər risk altındadır
Yeni nəsil nikotin məhsullarında 25 qat daha çox nikotin var
Yeni nəsil nikotin məhsullarında 25 qat daha çox nikotin var
Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
Almaniya da açıq havada siqaret çəkməyi qadağan edir?
İngiltərədə elektron siqaret qadağası qüvvəyə minir
İyulun 1-dən sonra Fransada siqaret çəkilən yerlərin sayı azalacaq
Fransız senatora qaçaqmalçılıq ittihamı
Uşaqlar arasında elektron siqaretdən istifadə artır
Berlində qatar stansiyasında bir kişi siqareti qadının üzündə söndürüb
Siqareti atan qadın daha pisinə tutuldu, ağ ciyərləri iflas etdi
Elektron siqaretlərin sağlamlıq üçün ciddi riskləri üzə çıxıb
Hər 100 manatın 5-i
Satılan markalarının çoxu “Energy Drink” kateqoriyasına girmir
Aksiz vergisi 2.5 dəfə artdı
Energetik içkilər və siqaret bahalaşır
Energetik içkilər və tütün məmulatları aksiz vergisinə cəlb olunur
Tütün məhsullarına tətbiq edilən vergi bu həftə qüvvəyə minir
Avropa Komissiyası tütün məmulatlarına yeni vergi artımı planlaşdırır. Mövcud məlumatlara görə, Almaniyada təxminən 16 milyon insan bu artımdan təsirlənəcək. 9 avroluq siqaret qutusunun qiymətinə tətbiq edilən 20 faizlik vergi artımı ilə paket qiyməti 10 avroya yüksələcək və həftədə orta hesabla 3,5 qutu siqaret çəkən şəxs ildə əlavə 182 avro ödəyəcək.
Almaniyada hər il 127.000-dən çox insan siqaretin yaratdığı xəstəliklərdən dünyasını dəyişsə də, təxminən 16 milyon insan hələ də müntəzəm siqaret çəkir. Orta hesabla siqaret çəkənin həftədə 3,5 qutu istehlak etdiyini nəzərə alsaq, cari 9 Avro qiymətində illik xərc 1640 Avro təşkil edir. Ancaq təklif olunan 20 faizlik vergi artımı ilə bu rəqəm (1820 avro) daha da artacaq.
***
Hazırda bir siqaret qutusu təxminən 5,60 avro vergiyə cəlb olunur; bir paketin qiyməti təxminən 3,40 avrodur. Vergi artımı həyata keçirildikdə bu məbləğ 1 avro artacaq. Həftədə 3,5 qutu siqaret çəkən şəxs bu artımla ildə cəmi 182 avro daha çox ödəyəcək.
Artım təkcə siqaretlə məhdudlaşmayacaq; elektron siqaretlər, qızdırılan tütün sistemləri və nikotin paketləri də bu yeni vergiyə cəlb olunacaq. Avropa Birliyi Komissiyası tütündən istifadənin qarşısını almaq və sağlamlıq xərclərini azaltmaq məqsədi daşıyır. Təklifin iyulun ortalarında təsdiqlənəcəyi gözlənilir. Lakin sənaye nümayəndələri buna qarşıdırlar. Avropa Vergi Ödəyiciləri İttifaqının prezidenti Maykl fon Foerster, “Etibarlı vergi modelləri və orta bizneslər sağlamlığın qorunması bəhanəsi ilə məhv edilə bilməz”, – deyib.
Bu qiymət artımı həm fərdi, həm də cəmiyyət səviyyəsində qənaət imkanları yaradır. Siqareti atsanız, həftədə 3,5 qutu ilə ildə təxminən 1640 (təzə qiymətlə 1822) avro qənaət edə bilərsiniz.