Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
08:30 | 22 aprel 2026 | Çərşənbə
Məqaləyə 104 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Tanınmış teleaparıcı Vladimir Solovyovun İtaliya Baş naziri Corca Meloniyə qarşı səsləndirdiyi təhqiramiz ifadələrdən sonra Rusiyanın Romadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
VAXT.AZ “Corriere della Sera”ya istinadən xəbər verir ki, İtaliya xarici işlər naziri Antonio Tacani bildirib ki, Rusiyanın dövlət yönümlü telekanallarından birində çıxış edən aparıcının Baş nazirin ünvanına səsləndirdiyi ağır ifadələr rəsmi Romanın kəskin reaksiyasına səbəb olub.
İtaliya mediasının yaydığı məlumatlara görə, Solovyov televiziya proqramında Meloni barədə təhqiramiz və alçaldıcı ifadələr işlədib. O, həmçinin Melonini seçicilərinə xəyanət etməkdə ittiham edib və sərt siyasi ittihamlar səsləndirib.
Hadisə İtaliyada həm hakimiyyət, həm də müxalifət düşərgəsində geniş narazılıq yaradıb. Müxalif Cüzeppe Konte təhqirləri “təsvir edilə bilməyəcək qədər ağır” adlandırıb. Elli Şleyn isə bildirib ki, dövlət institutlarının nümayəndələrinə qarşı bu cür hücumlar bütün ölkəyə qarşı hörmətsizlikdir.
İtaliya parlamentinin nəzarət qurumlarından olan komissiyanın rəhbəri Barbara Floridiya da siyasi tənqid adı altında şəxsi təhqirlərin qəbuledilməz olduğunu vurğulayıb və ölkənin təbliğat yolu ilə təzyiqə məruz qalmayacağını bəyan edib.
Roma ilə Moskva arasında münasibətlər son illərdə, xüsusilə İtaliyanın Ukraynaya verdiyi dəstək səbəbindən gərgin olaraq qalır. Analitiklər hesab edir ki, son qalmaqal iki ölkə arasında diplomatik münasibətləri daha da mürəkkəbləşdirə bilər.
Qeyd edək ki, Rusiyalı teleaparıcı Vladimir Solovyov aprel 21-də Rusiyanın dövlət televiziya kanalında yayımlanan “Polnıy kontakt” (Tam kontakt) proqramında çıxışı zamanı İtaliyanın Baş naziri Corca Meloni haqqında bir sıra təhqiramiz ifadələr işlədib.
O, italyanca danışaraq Melonini “faşist”, “axmaq”, “pozğun qadın” adlandırıb və onun adını təhrif edərək səsləndirib. Daha sonra rus dilinə keçən aparıcı Meloni haqqında “insanlığın rüsvayçılığı” deyib və “xəyanət onun ikinci adıdır, o, seçicilərinə və hətta Donald Trampa xəyanət edib” ifadələrini işlədib.
Xatırladaq ki, İtaliya Baş naziri Meloninin ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərində də son dövrdə fikir ayrılıqları yarandığı bildirilir. ABŞ liderinin son açıqlamalarında Meloninin İranla bağlı mövqeyini tənqid etdiyi qeyd olunur.