
Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
2 nəfər yaralandı
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Ukraynalı qadın miqrant cinayəti ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir
Evindən silah arsenalı tapıldı
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Hər şey 7-ci sinifdə başladı
2 ölü, 17 yaralı
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
İki polis ölü, biri yaralanıb
Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib
Bazar günü gecə Berlinin Markisches Viertel rayonunda baş verən atışma polisin genişmiqyaslı əməliyyatına səbəb olub. Hadisə tanışlar arasında mübahisə silahlı münaqişəyə çevrilən zaman baş verib.
Saat 23:30 radələrində Finstervalder küçəsində silah səsləri eşidilib. Dörd nəfər çaxnaşma içində gizlənərkən, hücumun avtomobildən açılan atəşlə həyata keçirildiyi anlaşılıb. Hücum edən şəxs hadisədən sonra sürətlə yoxa çıxıb.
Polis avtomatla silahlanmış xüsusi dəstələrlə hadisə yerinə müdaxilə edib. Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülərkən, güllə gilizləri toplanıb. Hücumdan sonra diqqət çəkən “Mercedes Coupe” avtomobili ətraflı şəkildə araşdırılıb.
***
Hücum edilən dörd nəfərin 34, 38, 46 və 59 yaşlarında olduğu və hamısının Almaniya vətəndaşı türk əsilli adamlar olduğu bildirilir. Zərərçəkənlər hücumçunu tanıdıqlarını deyəndən sonra polis gecə boyu şübhəlini axtarmağa başlayıb.
Bazar ertəsi səhər, hücumdan cəmi bir neçə saat sonra şübhəlinin Hessen əyalətinin Visbaden şəhərindəki evinə basqın edilib. Əməliyyat zamanı Almaniyada anadan olan 36 yaşlı Türkiyə vətəndaşı saxlanılıb.
***
Berlin Baş Prokurorluğu hücumun ailə münaqişəsi zəminində baş verdiyini bildirib. Bazar ertəsi Visbadendə şübhəlinin həbsinə order veriləcəyi gözlənilir. Şübhəlinin yaxın günlərdə Berlin səlahiyyətlilərinə təhvil veriləcəyi bildirilib.