vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
Eyni sualı dəfələrlə təkrarlamaq, tanış yerlərdə itmək... 23:50 | 2 iyun 2025 | Bazar ertəsi Məqaləyə 45 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eyni sualı dəfələrlə təkrarlamaq, tanış yerlərdə itmək...

Bunlar sadəcə unutqanlıq deyil, beyninizin verdiyi həyəcan siqnalı ola bilər

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Unutqanlıq artıq yaşlılarda deyil, gənclərdə də müşahidə olunur. Vitamin çatışmazlığı, depressiya və ağır pəhrizlər bu problemi gücləndirsə də, bəzi hallarda unutqanlıq ciddi xəstəliklərin siqnalı ola bilər. Bəs unutqanlıq nə vaxt təhlükəlidir? Yaddaşımızı gücləndirmək üçün nə etməliyik?

Mütəxəssislərə görə, unutqanlıq artıq yalnız qocalıqla bağlı problem deyil. Gənc yaşlarda da tez-tez rast gəlinən bu vəziyyət zamanla həyat keyfiyyətini ciddi şəkildə təsir edə bilər. Yaşlandıqca beyində qocalma əlamətlərinin başladığını ifadə edən həkimlər, “İnsanlar yaşlandıqca beyin də daxil olmaqla bütün bədən sistemlərində dəyişikliklər olur. Bu dəyişikliklərin məlumatı xatırlamaqda çətinlik çəkmək, əşyaların yerini qarışdırmaq və ya hesabı ödəməyi unutmaq kimi gündəlik həyatda kiçik, lakin əhəmiyyətli təsirləri ola bilər”, – deyib. Unutqanlığın yalnız ahıl yaşlarda deyil, gənc fərdlərdə də müxtəlif səbəblərdən meydana gələ biləcəyini ifadə edən mütəxəssislər, “Stress, depressiya, vitamin çatışmazlığı, ağır pəhrizlər, qalxanabənzər vəzinin xəstəlikləri və ya müəyyən dərmanların uzun müddət istifadəsi gənclərdə unutqanlığa səbəb ola bilər. Ona görə də təkcə yaşlı fərdlərin deyil, gənclərin də bu mövzuda şüurlu olması lazımdır, – deyir.

 

“Şüurun aktiv olması şərtdir”

 

Unutqanlıqla mübarizədə alına biləcək sadə ehtiyat tədbirlərinin olduğunu vurğulayan həkimlər “Zehni aktiv saxlamaq böyük əhəmiyyət kəsb edir. Yeni hobbi ilə məşğul olmaq, gündəlik işləri planlaşdırmaq, görüləcək işlər siyahıları yaratmaq və vacib əşyaları hər gün eyni yerə qoymaq kimi vərdişlər unutqanlığı azalda bilər. Sosial əlaqələri saxlamaq, həm də ailə üzvləri ilə beyin sağlamlığına və dostları ilə vaxt keçirməyə dəstək olur”, deyir.

 

İdman və qidalanma beyin sağlamlığını dəstəkləyir

 

Fiziki məşqlərin unutqanlığa müsbət təsirlərinə də toxunan mütəxəssislər, “Nizamlı idman beynin kifayət qədər oksigen almasını təmin edərək yaddaşı gücləndirir. Gəzinti, üzgüçülük, yoqa kimi fəaliyyətlər tövsiyə edilir, həddindən artıq fiziki güc tələb edən idmanlardan isə uzaq durmaq lazmdır. Balanslaşdırılmış qidalanma yaddaşa da birbaşa təsir edir. Tərkibində B vitamini, Omeqa-3 və keyfiyyətli karbohidratlar olan qidaların istehlakı beyin funksiyaları üçün çox vacibdir. Eyni zamanda, keyfiyyətli yuxu rejimi və tapmacalar həll etmək, yaddaş oyunları oynamaq kimi zehni məşqləri gündəlik rejimə daxil etmək unutqanlığın qarşısını alır”, – deyir.

***

Unutqanlığın bəzi hallarda daha ciddi bir problemin əlaməti ola biləcəyinə diqqət çəkən həkimlər “Eyni sualları tez-tez soruşmaq, tanış yerlərdə itmək, resept və ya təlimatları yerinə yetirməkdə çətinlik çəkmək, zaman və məkan anlayışında qarışıqlıq yaşamaq və şəxsi baxımlara laqeyd yanaşmaq kimi hallar varsa, mütləq nevropatoloqa müraciət edilməlidir”, – deyə xəbərdarlıq edirlər.

 

Müalicə mümkündür, erkən diaqnoz mütləqdir

 

Unutqanlığın müalicəsində müxtəlif üsullardan istifadə edilə biləcəyini ifadə edən mütəxəssislər, “Dərman müalicəsi, koqnitiv terapiya, idman, sağlam qidalanma və stress idarəsi kimi fərqli yanaşmalar tətbiq oluna bilər. Ancaq əsas səbəbi erkən mərhələdə müəyyən etmək müalicə prosesinin müvəffəqiyyətini artırır. Əgər unutqanlıq mütləq gündəlik həyatı təsir edəcək səviyyəyə çatıbsa, mütəxəssis dəstəyi olmalıdır”, – deyir.