
Qadın düşməni texnologiya
Süni intellektin zərif cinsin nümayəndələrinin işini ələ keçirməsi riski kişilərdən üç dəfə yüksəkdir
Süni intellektin zərif cinsin nümayəndələrinin işini ələ keçirməsi riski kişilərdən üç dəfə yüksəkdir
Təşkilat evlərinə qayıdan suriyalıların sayını açıqladı
Birbok vəzifəni tərk etməzdən əvvəl 3 təyyarə əfqanın ölkəyə girişini təsdiqlədi
İlham Əliyev: “Biz hər zaman sizinlə olacağıq ki, ölkəniz beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”
Ersin Tatar: “İki dövlətli həll tələbindən geri çəkilməyəcəyik”
BMT işçi qrupu Vardanyanla bağlı iddiaları rədd etdi
“Hər dörd ölkədən biri qadın hüquqları sahəsində geri addımlar atıb”
Siyasi təzyiqlə suverenliyə müdaxilə prinsiplərin pozulmasıdır
Təcavüz edilən 221 uşaqdan 16-sı 5 yaşından aşağı olub
ABŞ dövlət katibi Rubio etnik türklərin Çinə təhvil verilməsini pisləyib
UNHCR Tayland hakimiyyətinə çağırış etdi
Vaşinqton və Birləşmiş Millətlər Təşkilatının gələcəyi
BMT-də Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən qətnamə qəbul edib
MSMT üzvləri adından bəyanat yayıldı
Dövlət Departamenti internet saytında Çinə istinadları dəyişir
BMT baş katibi DƏP əməkdaşının öldürülməsini pisləyib
Almaniyanın keçmiş xarici işlər naziri Annalena Birbok Berlində reaksiyalara baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti seçilib.
Almaniyanın keçmiş xarici işlər naziri Annalena Birbok bu gün keçirilən səsvermədə vahid namizəd qaldıqdan sonra bir il müddətinə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti seçilib.
Səs çoxluğu ilə seçilən Birbok BMT-nin 193 üzv dövlətinin iştirak etdiyi Baş Assambleyanın sessiyalarını təşkil edəcək.
Birbokun namizədliyinə qarşı çıxan Rusiya səsvermənin bu gün gizli səsvermə yolu ilə keçirilməsini tələb etdi, lakin seçki prosesi əsasən formal xarakter daşıdığından buna gərək qalmayıb.
Birbok BMT Baş Assambleyasının ümumi müzakirələrindən bir qədər əvvəl, sentyabrın 9-da vəzifəsinin icrasına başlayacaq. Onun müddəti bir il olacaq.
Almaniya 2025-2026-cı illər üçün namizədlərin irəli sürülməsinə cavabdeh idi və əvvəlcə bu vəzifəyə düşünülən diplomat Helqa Şmidin yerinə Birbokun namizədliyini irəli sürdü.
Birbokun namizədliyi Almaniyada mübahisələrə səbəb oldu. Münhen Təhlükəsizlik Konfransının keçmiş prezidenti Kristof Hoysgen seçimi “təhqir” adlandırıb.
“Ən yaxşı və beynəlxalq səviyyədə təcrübəli alman diplomatını işdən çıxarmaq və onun yerinə başqasını gətirmək qalmaqaldır”, – deyə Hoysgen Almaniya mətbuatına bildirib.
Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel də Birboku tənqid edərək, Şmidin nailiyyətlərini təriflədi: “Birbokun Şmiddən öyrənəcəyi çox şey var”, – deyib.
Alman hökuməti isə Birbokun namizədliyini müdafiə edib. Xarici İşlər Nazirliyinin sözçüsü Steffen Hebestrit, keçmiş nazirin bu vəzifə üçün “son dərəcə bacarıqlı” olduğunu söyləyib.
Birbok ona ünvanlanan tənqidlərə “Bu vəzifə daha əvvəl keçmiş xarici işlər nazirlərinə və ya baş nazirlərə verilib” deyərək cavab verib. O, həmçinin bildirib ki, namizədlik barədə qərar Şmidlə birlikdə verilib. Şmid mövzu ilə bağlı ictimaiyyətə açıqlama verməyib.
BMT Baş Assambleyasına üzv dövlətlərlə qeyri-rəsmi görüşdə Birbok “açıq qapılı birləşdirici lider” olmağı hədəflədiyini bildirdi.
44 yaşlı Birbok bu il 80 illik yubileyini qeyd edən BMT Baş Assambleyasının prezidenti vəzifəsini icra edən beşinci qadın olacaq.
“Birləşmiş Millətlər Təşkilatı hər zamankindən daha çox ehtiyac duyulan bir strukturdur”, – deyən keçmiş Yaşıllar Partiyasının siyasətçisi BMT-nin 21-ci əsrin çağırışlarına uyğunlaşmalı və struktur islahatları vasitəsilə onu daha səmərəli və qənaətcil etməli olduğunu vurğulayıb.
Birbok BMT-də aparılacaq islahat prosesində bütün bölgələrin və icmaların səsini eşitməyin onun üçün prioritet olacağını da bildirib.
Almaniyanın xarici işlər naziri olduğu müddətdə “feminist xarici siyasət” yanaşmasını mənimsəyən Birbok bildirib ki, onun BMT-dəki digər prioritetləri iqlim böhranına xüsusi diqqət yetirmək və BMT-nin həqiqətən əhatəli bir qurum olmasını təmin etmək olacaq.
“Bizim işimiz Nyu-York, Cenevrə, Nayrobi və ya Bonnda bitmir. Biz müzakirələrimizi və təmaslarımızı insanlara yaxınlaşdırmalıyıq”, – deyib.
Xarici İşlər Nazirliyinin digər sözçüsü Sebastyan Fişer ümid etdiyini bildirib ki, Birbokun sədrliyi Almaniyanın BMT Təhlükəsizlik Şurasına təsirini artıracaq.
Fişer BMT-nin son illərdə “çətin sulara girdiyini” ifadə edərək, Birbokun namizədliyinin “Almaniyanın Birləşmiş Millətlər Təşkilatı qarşısında siyasi öhdəliyinin və çətin anlarda bu çoxtərəfli sistemi qəbul etmək iradəsinin ən yüksək səviyyədə nümayişi” olduğunu bildirib.