Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
08:17 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 278 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrov Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda keçirilən 17-ci BRİCS Liderlər Zirvə toplantısından sonra mətbuat konfransı keçirib.
İclasda çıxış edən Lavrov, “NATO-nun genişlənməsinin heç kimə, o cümlədən üzvlərinə faydası olmadı. NATO daxilində fikir ayrılıqları dərinləşir. Gəmidə üsyanlar ola bilər. Tətbiq edilmiş ideologiyalara deyil, öz milli maraqlarına uyğun hərəkət etmək istəyən ölkələrin sayı artmaqdadır”, – deyib.
Lavrov Fransanın Ukrayna böhranına yanaşması ilə bağlı “Fransa Ukraynaya silah tədarükünü davam etdirərək Rusiyaya hücumda ön sıralardadır”, – deyib.
İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə yenidən əməkdaşlıq etmə ehtimalını dəyərləndirən Lavrov, MAQATE rəhbərliyinin İranla bağlı verdiyi qiymətləndirmələrin qeyri-müəyyən olduğunu və bu mövzuda məsuliyyəti üzərinə götürməsi lazım olduğunu vurğulayıb.
Lavrov, “MAQATE bundan sonra bəzi üzv ölkələrin maraqlarını həyata keçirmək üçün istifadə olunacaq bəyanatlar verməməli və ona verilən səlahiyyətlərə ciddi şəkildə riayət edəcəyinə zəmanət verməlidir”, – deyib.
ABŞ-ın daha əvvəl İranın nüvə proqramından çıxdığını xatırladan Lavrov, “Bundan sonra İranın zənginləşdirilmiş uranın məhdudlaşdırılması ilə bağlı heç bir öhdəliyi yox idi. İndi bu, müzakirə olunur. Bizim bu sahədə texnoloji imkanlarımız var. Biz bu texnologiyaları bölüşməyə hazırıq. Artıq zənginləşdirilmiş uranı Rusiyaya gətirib emal etmək, daha sonra nüvə enerjisi obyektlərində istifadə etmək üçün İrana qaytarmaq olar”.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) genişləndirilməsi və BMT-də də islahata ehtiyac olduğunu bildirən Lavrov, Asiya, Afrika və Latın Amerikası ölkələrinin BMT TŞ-də təmsil olunmasının vacibliyini müdafiə edərək, “Qərbdən danışmırıq. Qərblilər beynəlxalq arenada güc balansı baxımından layiq olduqlarından daha çox yerə sahibdirlər”, – deyib.