
Qısqanclığı oyuna çevirməyin
Bu problemlə mübarizə aparmaq üçün psixoloqdan 5 məsləhət
Bu problemlə mübarizə aparmaq üçün psixoloqdan 5 məsləhət
Heç düşünmüsünüz, niyə əksər kitablarda qəhrəmanlar ölür?
Riçard Feynman: “Günahımız nə idi?”
Yeni kəşf fobiya və narahatlıq müalicəsinə kömək edə bilər
İnsan beyni böyüdükcə daha tez qocalır
“Neuralink”dən xeyli kiçik və daha az enerji sərf edir
İlon Mask “Neuralink”i kütləvi şəkildə implantasiya etmək istəyir
Hədiyyə və mükafatlar davranışın formalaşmasında mühüm rol oynayır
Bəs, bu proses neçə yaşda başlayır?
İnsan yeni informasiya qəbulundan dərhal sonra, son dərəcə həssas olur
Birgə vaxt keçirən insanların beyin siqnalları bənzər şəkil ala bilər
Alimlər əsəbləri oynadan iş yoldaşını beyin üçün faydalı sayır
(Sevən xanımlara ithaf edirəm)
Həyat faciələrinin beyinə təsiri ömrün qalan illəri ərzində özünü göstərir
İnsanların əqli yaşlanma prosesi 20 yaşlarında başlayır?
Subaylıq sultanlıq olsa da, sağlamlıq deyil
Alimlər beynin hansı hissələrinin müxtəlif sevgi növlərini aktivləşdirdiyini müəyyən ediblər. Finlandiyada aparılan araşdırmada Aalto Universitetinin tədqiqatçıları beynin hansı hissəsində sevgi və məhəbbət hiss olunduğunu ortaya çıxarıblar.
Tədqiqatın həmmüəllifi filosof Pərttüli Rinne (Pärttyli Rinne) deyir: "Biz müxtəlif sevgi növləri ilə əlaqəli beyin fəaliyyətinin əvvəlki araşdırmalarından daha əhatəli bir şəkil təqdim etdik".
Keçən il apardıqları araşdırmada Rinnenin rəhbərlik etdiyi bir qrup 27 fərqli sevgi növünün bədənin hansı hissələrində hiss olunduğunu müəyyən edib.
Bu araşdırmada, məsələn, ehtiraslı eşq və həyat eşqinin bütün bədənə yayıldığı qeyd edilib.
Bu gün (26 avqust) nəzərdən keçirilən “Cerebral Cortex” jurnalında dərc edilən araşdırmada Rinne və onun həmkarları bütün bədənə deyil, beyinə diqqət yetiriblər.
Araşdırma çərçivəsində Helsinkidə yaşayan, ən az bir övladı olan və uzun müddət xoşbəxt münasibətdə olduqlarını söyləyən 55 iştirakçının beyin hərəkətləri MRT rentgenləri ilə izlənilib.
İştirakçıların təxminən yarısının, 29 qadın və 26 kişinin ev heyvanları olub.
Tədqiqatçılar beyinlərini izlədikləri iştirakçılara 6 fərqli sevgi növünü aktivləşdirəcək hekayələr danışıblar. Uşaqlara, dostlara, təbiətə, ev heyvanlarına, yad bir insana sevgi ilə yanaşı, bir qəribə duyulan sevgi də araşdırıldı.
Alimlər müəyyən ediblər ki, beyin fəaliyyəti məhəbbət obyektindən asılıdır, məsələn, insana sevgi və ev heyvanına və ya təbiətə olan sevgi müxtəlif bölgələri aktivləşdirir.
Onların ən təəccüblü tapıntısı, insanlara sevgi növləri ilə əlaqəli beyin bölgələrinin çox oxşar olması, yalnız aktivləşmə dərəcəsinin fərqli olması idi.
Tədqiqatçılar övlad sevgisində ən güclü beyin fəaliyyətini müşahidə ediblər. Məhəbbət ondan sonra gəlib. Rinne bunları deyib: “Övlad sevgisində, sevgini təsəvvür edərkən beynin mükafat sisteminin dərinliklərində olan striatum nahiyəsində aktivləşmə var idi və bu, başqa heç bir sevgi növündə görünmürdü”.
Bundan əlavə, təbiət sevgisi beynin mükafatlandırma sistemini və vizual işləmə sahələrini aktivləşdirib, lakin sosiallaşma ilə əlaqəli sahələri yox.
Araşdırmada əldə edilən digər maraqlı nəticə isə beyninin hərəkətlərinə baxaraq insanın ev heyvanı sahibi olub-olmadığını anlamaq mümkün olub.
Rinne əlavə edib: “Ev heyvanlarına olan sevgi və əlaqəli beyin fəaliyyətinə baxarkən, ünsiyyətcilliklə əlaqəli beyin bölgələri statistik olaraq bir insanın ev heyvanına sahib olub-olmadığını proqnozlaşdırır".
Bu sahələr ev heyvanı olmayanlara nisbətən ev heyvanı sahiblərində daha aktivdir.
Tədqiqatçılar ümid edirlər ki, tapıntılar bağlanma pozğunluqları, depressiya və ya əlaqələr problemləri üçün daha yaxşı müalicə üsulları hazırlamağa kömək edəcək.