
“Nikkei” zirvədə
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
İndeks maliyyə nazirinin açıqlamasından sonra ilk dəfə 44 min xal səviyyəsini keçdi
“ABŞ Yaponiya mallarına tətbiq etdiyi gömrük vergisini azaldacaq”
Siyasi böhran və ABŞ vergilərinə baxmayaraq ...
Yaponiyada “Nikkei 225” güclü ÜDM və İşibanın istefası sonrası sıçradı
Yaponiya Baş naziri: “Bayrağın növbəti nəslə verilməsi lazım olduğuna inanıram”
Tramp gömrük vergisi tətbiq edən sazişi imzaladı
Şəhərlərdə tüfəng istifadəsinə icazə verildi
“Göy üzünü Ay kimi işıqlandırdı”
Yaponiya və Cənubi Koreyada nüvə silahı müzakirələri; Trampın siyasətləri müttəfiqlərində narahatlıq doğurur
ABŞ və Yaponiyanın ixracı gözləntiləri aşdı
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
“F-2A”nın pilotu xilas edildi
... Yaxud bir yaponla, amerikalının fərqi
Yaponiya qurtuldu, Hindistan isə nikbindir
Yaponiya mediasında yeni detallar
Yaponiya Kənd Təsərrüfatı Naziri Şinjiro Koizumi hökumətin əsas ərzaq məhsulu olan düyünün artan qiymətlərinə nəzarət etmək üçün ehtiyatlardan əlavə 200 min ton düyü satacağını açıqlayıb. Satışlar birbaşa pərakəndə satıcılarla bağlanan müqavilələr vasitəsilə həyata keçiriləcək.
Ehtiyatlardan buraxılacaq çəltikin 100 min tonu 2020-ci ilin məhsuluna, qalan 100 min tonu isə 2021-ci ilin məhsuluna aid olacaq. Mağazalarda 5 kiloqramlıq 2020-ci il məhsulu düyü paketlərinin 1700 yen (təxminən 20 manat) kimi daha sərfəli qiymətlərlə satışa çıxarılacağı gözlənilir.
Bu addımla Yaponiyanın düyü ehtiyatları təxminən 100 min tona qədər azalmış olacaq. Mart və aprel aylarında keçirilən hərraclardan əvvəl bu ehtiyat miqdarı 910 min ton civarında idi.
Koizumi, azalan ehtiyat səviyyəsinin fövqəladə hallarda qeyri-kafi ola biləcəyi ilə bağlı narahatlıqlara diqqət çəkərək, daxili tədarükün sabitliyini təmin etmək üçün ölkənin düyü idxalına açıq olduğunu ifadə etdi.
Buraxılacaq düyü böyük pərakəndə satış şəbəkələrinə, eləcə də kiçik supermarketlərə və ixtisaslaşdırılmış mağazalara paylanacaq. Kənd Təsərrüfatı Nazirliyi çərşənbə günündən etibarən ərizələrin qəbuluna başlayacaq.
Koizumi, yüksək qiymətlərə görə xalqın narazılığına çarə axtarıldığını vurğulayaraq, “Anbarda olan düyüləri tez bir zamanda çatdırmağı və daha aşağı qiymətlərlə istehlakçılara təqdim etməyi hədəfləyirik”, – deyib.
Yaponiya, fəlakətlər və pis məhsul illəri kimi fövqəladə hallara qarşı hər il 200 min ton satın alaraq yaradılan təxminən 1 milyon ton düyü ehtiyatını saxlayır. Ölkənin illik düyü istehlakı təxminən 6,7 milyon tondur.
Ötən ilin yayından mağazalarda düyü qıtlığı yaranıb. 5 kiloqram düyünün orta qiyməti iyunun 1-i həftəsində keçən illə müqayisədə iki dəfə artaraq 4223 (49.5 manat) yenə yüksəlib. Hökumət bəzi topdansatışçılar və fermerlərin bahalaşma gözləyərək düyü yığdığından şübhələnir.
Mayın sonunda Kənd Təsərrüfatı Naziri vəzifəsinə başlayan Koizumi əvvəlki nazir Taku Etonun istefasından sonra vəzifəsinin icrasına başlayıb. Yeni dövrdə hökumət qiymət artımlarına cavab olaraq ilk dəfə olaraq birbaşa satış yolu ilə 300 min ton düyü bazara çıxarmaq qərarına gəlib.
Qalan ehtiyatların fəlakətlər və pis məhsul kimi fövqəladə vəziyyətlər üçün “kafi” olduğunu bildirən Koizumi, 2011-ci ildə baş verən böyük zəlzələ və sunamidən sonra yalnız 40 min ton ehtiyatın istifadə edildiyini xatırladıb.