Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:08 | 5 sentyabr 2025 | Cümə
Məqaləyə 548 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Ağ Evin yaydığı fərmanda xatırladılıb ki, iyul ayında Yaponiyayla imzalanan çərçivə sazişi ictimaiyyətə açıqlanmışdı.
Sənəddə qeyd olunur ki, saziş çərçivəsində ABŞ-a daxil olan demək olar bütün yapon məhsullarına 15% əsas gömrük vergisi tətbiq olunacaq. Bununla yanaşı, avtomobillər, avtomobil ehtiyat hissələri, aviasiya məhsulları, dərmanlar və təbii resurslar üçün sektora uyğun xüsusi qaydalar nəzərdə tutulur.
Fərmanda vurğulanır ki, bu addım ABŞ ilə Yaponiya arasındakı ticarət kəsirinin azaldılmasına və Amerikanın ümumi ticarət mövqeyinin daha balanslı olmasına xidmət edəcək.
Yaponiyanın isə ABŞ-ın istehsal, aviasiya, kənd təsərrüfatı, qida, enerji, avtomobil və sənaye məhsulları sahələrində fəaliyyət göstərən şirkətlərinə əsas bazarlara çıxış üçün “çığır açan” imkanlar təqdim edəcəyi qeyd olunur. Bu çərçivədə Tokio bir sıra öhdəliklər götürüb.
Fərmana əsasən, Yaponiya ABŞ-dan düyü idxalını 75% artıracaq, qarğıdalı, soya, gübrə, bioyanacaq kimi kənd təsərrüfatı və enerji məhsullarını hər il 8 milyard dollar dəyərində alacaq. Bundan başqa, ABŞ-da istehsal olunan və təhlükəsizlik sertifikatına malik avtomobillər əlavə sınaqdan keçirilmədən satışa qəbul ediləcək, həmçinin ABŞ-dan kommersiya təyyarələri və müdafiə avadanlıqları alınacaq.
Tokionun ABŞ iqtisadiyyatına 550 milyard dollar həcmində sərmayə yatırmağı qəbul etdiyi vurğulanır. Bu investisiyalar ABŞ hökumətinin müəyyən edəcəyi sahələr üzrə yönləndiriləcək və ölkədə istehsal və məşğulluğun artmasına şərait yaradacaq.
Sənəddə həmçinin qeyd edilir ki, ABŞ Yaponiyanın götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini izləyəcək və əks halda əlavə tədbirlər görülə bilər.
Xatırladaq ki, Donald Tramp iyul ayında verdiyi açıqlamada Yaponiya ilə ticarət sazişini tamamladıqlarını bildirmiş və bunu “bəlkə də indiyədək bağlanmış ən böyük saziş” adlandırmışdı.