
Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
Fransa Mərkəzi Bankasının rəhbəri və Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzvü Fransua Villerua de Qalo (Francois Villeroy de Galhau) Ağ Evin ABŞ Federal Ehtiyat Sisteminə (FED) qarşı hücumlarına etiraz edən siyasətçilərin sırasına qoşulub.
Villerua çıxışında mərkəzi bank müstəqilliyinin aşağı faiz dərəcələrinin qarşısında maneə olmadığını bildirib. O, Vyanada keçirilən bir konfransda, “Müstəqillik, məqbul səviyyədə aşağı faiz dərəcələrinin qarşısında maneə deyil. Əksinə, bunun ilkin şərtidir”, – deyib.
Onun sözlərinə görə, mərkəzi bankın siyasətçilərdən müstəqil olması uzunmüddətli perspektivdə inflyasiyanın idarə olunmasına, həmçinin ailələrin və bizneslərin inflyasiya gözləntilərinin formalaşmasına imkan verir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminə faizləri azaltmaq üçün təzyiq göstərir və tez-tez ictimaiyyət qarşısında FED sədri Cerom Pauelli “axmaq” adlandıraraq onu vəzifədən kənarlaşdırmaq ehtimalını dilə gətirir.
Böyük Britaniya Mərkəzi Bankının rəhbəri Endryu Beyli (Andrew Bailey) də bu gün açıqlama verərək, FED-in müstəqilliyinə yönəlik təhdidlərdən “çox narahat” olduğunu və bunun “çox ciddi” bir məsələ təşkil etdiyini bildirib.