vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 4 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
“İqtisadi fəaliyyət çox az dəyişdi” 11:59 | 4 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 173 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İqtisadi fəaliyyət çox az dəyişdi”

FED-in “Bej Kitab” hesabatında nələr var?

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabr buraxılışlı “Bej Kitab” hesabatını dərc edib. Hesabat bankın 12 regional şöbəsinin təqdim etdiyi təhlillərə əsaslanır.

Sənəddə bildirilib ki, əksər bölgələrdə əvvəlki hesabat dövründən bəri iqtisadi fəaliyyət çox az dəyişib və ya ümumiyyətlə dəyişməyib. Yalnız dörd bölgədə mülayim artım müşahidə olunub.

Hesabatda bir çox ailələr üçün əməkhaqlarının artan qiymətləri kompensasiya etmədiyi vurğulanıb. Bu səbəbdən istehlak xərcləri ya sabit qalıb, ya da azalıb.

Bölgələrdə iqtisadi qeyri-müəyyənlik və gömrük rüsumları mənfi amillər kimi göstərilib. Şirkətlərin çoxunda isə nikbinlikdə çox az dəyişiklik olduğu və ya ümumiyyətlə dəyişmədiyi qeyd olunub.

Ümumi məşğulluq səviyyəsinə dair məlumatda, 11 bölgədə çox az dəyişiklik olduğu və ya heç dəyişmədiyi, bir bölgədə isə cüzi azalma yaşandığı bildirilib. Əməkhaqqı artımları bölgələrin yarısında mülayim, digər əksəriyyətində isə orta templə qeydə alınıb.

Qiymətlərə dair bölmədə 10 bölgədə qiymət artımlarının mülayim və ya orta səviyyədə olduğu bildirilib. Demək olar ki, bütün bölgələrdə gömrük rüsumları ilə bağlı qiymət artımlarına diqqət çəkilib.

Bəzi şirkətlərin artan xərclərin hamısını müştərilərə yansıtdığı, digərlərinin isə müştərilərin qiymət həssaslığı, bazarda qiymət təyin etmə imkanının olmaması və iş itkisi qorxusu səbəbilə qiymət artımında müəyyən tərəddüd yaşadığı qeyd olunub.

Hesabatda deyilir: “Çoxlu bölgə, şirkətlərinin qarşıdakı aylarda qiymət artımlarının davam edəcəyini bildirib. Bu bölgələrdən üçü isə qiymət artımlarının sürətinin daha da yüksələcəyini gözlədiklərini qeyd edib”.