vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QƏZA, FACİƏ  
Qızılın bahalaşdığı ərəfədə mədən çökdü 09:17 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 80 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qızılın bahalaşdığı ərəfədə mədən çökdü

Venesueladakı faciədə 14 nəfər həlak oldu

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Amerika ölkəsi Venesuelada güclü yağışlar səbəbilə qızıl mədəni çöküb. Hadisə nəticəsində ən azı 14 nəfər həyatını itirib.

Hadisə oktyabrın 12-də ölkənin cənubundakı El Kallao (El Callao) bölgəsində qeydə alınıb. Yerli rəsmilərin məlumatına görə, yalnız bir neçə saat davam edən şiddətli yağışlar fəlakətə səbəb olub və mədən torpaq sürüşməsi nəticəsində çöküb.

Mədən sahəsində üç ayrı şaxtadan cansız cəsədlərin çıxarıldığı bildirilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir və mədən altında qalan bir neçə işçinin həyatda olma ehtimalı var.

Rəsmilər həmçinin, mədəni su basdığı üçün pompaj işlərinin fasiləsiz davam etdiyini açıqlayıblar.

Təxminən 30 min nəfərin yaşadığı El Kallao şəhərinin iqtisadiyyatı əsasən qızıl hasilatına söykənir. Son illərdə bölgədə qeyri-rəsmi mədənçilik fəaliyyətlərinin artması səbəbindən oxşar faciələrin baş verdiyi bildirilir.