Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
18:42 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 645 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Venesuela XİN naziri İvan Gil CNN-ə verdiyi müsahibədə ABŞ və ya başqa qlobal bir aktorla hərbi qarşıdurmaya girmək istəmədiklərini bildirib.
ABŞ-ın döyüş gəmiləri Karib dənizi yaxınlığında hərəkət edərkən, dünən CNN-ə danışan Gil, hər hansı bir hücumu dəf etmək güclərinə sahib olduqlarını söyləyib.
Gil sülhsevər olduqları üçün digər Latın Amerikası ölkələri ilə hərbi ittifaqlar qurmaq barədə danışmağın doğru olmadığını da əlavə edib.
Vaşinqtonla Karakas arasındakı münasibətlər son dövrlərdə daha da gərginləşib.
ABŞ Venesueladan ayrılan bir sürət qayığını vuraraq 11 narkotik qaçaqmalçısını öldürdüklərini ötən həftə açıqlamışdı.
Gil ABŞ-ın açıqlamalarının şübhəli olduğunu söyləyərək, Maduronun bölgədə narkotik ticarətini idarə etdiyi iddialarını təkzib edib. O, 25 mindən çox şəxsi Kolumbiya ilə koordinasiyada narkotiklə mübarizə üçün vəzifələndirdiklərini vurğulayıb.
Beynəlxalq hüquqa uyğun olub-olmadığı mübahisəli olan bu hücum üzərində Venesuela Prezidenti Nikolas Maduro ölkədəki 4,5 milyon milisə “ABŞ imperializminin mümkün hücumuna qarşı hazır ol” əmri vermişdi.
Vaşinqton hökuməti Maduronun həbs olunması və ya məhkum edilməsi barədə məlumat verilməsi qarşılığında əvvəllər 25 milyon dollar olan mükafatı iki qat artırdığını 8 avqustda açıqlamışdı.
CNN-in məlumatına görə, ABŞ-ın Kariblərə göndərdiyi dəniz vasitələri arasında nüvə enerjisi ilə işləyən bir sualtı qayıq da var.
Digər tərəfdən, dünən xüsusi bir televiziya kanalına danışan Maduro, Vashinqtonun Venesuelanı hədəf almasını “narkotiklə mübarizə adı altında aparılan kampaniya” kimi qiymətləndirib: “Venesuelanı heç kim aşağılaya bilməz, ABŞ-ın aşağılamasını heç vaxt qəbul etməyəcəyik. Venesueladakı heç bir nəsil imperializmə boyun əyməyəcək. Heç vaxt, nə bu gün, nə də sabah. Narkotik bəhanəsi ilə bizə hücum etməyə çalışırsınız, amma bunun fərqindəyik. Əsl niyyətiniz rejimimizi devirmək və zənginliklərimizi ələ keçirməkdir. Buna qarşı həm ordunu, həm də xalqı müdafiəyə hazır edirik.”
Maduro ABŞ-ın dünyanın ən böyük narkotik istehlakçısı olduğunu qeyd edərək deyib: “ABŞ bu məsələyə həqiqətən maraqlanmır. Vətəndaşlarının yüksək narkotik istehlakından qaynaqlanan ciddi ictimai sağlamlıq problemini həll etmək üçün çox az səy göstərir.”
Dünya Gömrük Təşkilatının məlumatlarına istinad edən Maduro, ABŞ-a gedən Kolumbiya mənşəli kokainin 70%-nin Ekvador limanlarından çıxmasını qeyd edib.
62 yaşlı lider beynəlxalq medianın mövqeyini tənqid edərək deyib: “Xəbərlərə baxıram, Venesuela ilə ABŞ arasında gərginlik olduğu deyilir. Belə bir şey yoxdur, ortada ABŞ-ın Venesuelaya qarşı aqressiv mövqeyi var. Beynəlxalq xəbər agentliklərinin əksəriyyəti ‘Gərginlik artır’ deyir və ‘Maduro milis qüvvələrini hərəkətə gətirdi’ yazır. Biz nə edəcəyik?”
ABŞ xalqına müraciət edən Maduro bildirib: “Cənubi Amerikada bir rejim dəyişməsi və Venesuela xalqının neft, qaz və qızıl ehtiyatlarını ələ keçirmək məqsədilə bizi müharibəyə sürükləmək istəyirlər.”
Venesuela Müdafiə Naziri Vladimir Padrino Lopez də dövlət televiziyasına açıqlamasında ABŞ-ın Kariblərdə “misli görünməmiş hərbi təhdid” yaratdığını bildirib:
“Bolivarcı Milli Silahlı Qüvvələr içində bölünmə və xəyanəti təşviq etməyə çalışırlar. Ölkəmizdə daxili sabitliyi daha da möhkəmləndirmək lazımdır”.
Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikası köklü narkotik kartellərinə qarşı ordunu daha çox və effektiv istifadə etməyi tapşırmışdı.
Vaşinqton avqust ayının sonunda Venesuela sahillərinə “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” adlı döyüş gəmilərini göndərmişdi.
ABŞ Müdafiə Naziri Pit Heqset ordularının Venesuelada rejim dəyişdirmə əməliyyatına hazır olduğunu bildirib.