ABŞ–Kuba gərginliyi artır
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
18:58 | 29 avqust 2025 | Cümə
Məqaləyə 934 dəfə baxılıb
Şriftin ölçüsü
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Venesuela və ABŞ arasında gərginlik artır. Böyük bir Amerika donanmasının Cənubi Karib dənizində və ətraf sularında cəmlənməsi diqqət çəkir. Vaşinqton bu addımın Latın Amerikadakı narkotik kartellərindən gələn təhdidlərə qarşı olduğunu iddia edir.
ABŞ Prezidenti Donald Tramp narkotik kartelləri ilə mübarizəni administrasiyasının əsas hədəflərindən biri elan etmişdi. Bu addım həm də miqrasiyanı məhdudlaşdırmaq və cənub sərhədini qorumaq siyasətinin bir hissəsi olaraq qiymətləndirilir.
ABŞ Sahil Mühafizəsi və Donanması bölgədə daimi fəaliyyət göstərsə də, son yığnağın adi yerləşdirmələrdən daha böyük olduğu bildirilir. “Reuters”a danışan ABŞ-lı bir rəsmiyə görə, bölgədə artıq yeddi döyüş gəmisi və bir nüvə enerjili hücum sualtı gəmisi isə yaxında yerləşdiriləcək.
Madurodan sərt reaksiya və BMT-yə şikayət
Venesuela Prezidenti Nikolas Maduro bu inkişafı sərt sözlərlə pisləyib. Pentaqon əməliyyatın tam hədəfini açıqlamasa da Tramp administrasiyası ordunun narkotik kartelləri və cinayət təşkilatlarına qarşı istifadə oluna biləcəyini bildirmişdi.
Venesuela ABŞ-ın donanmasının cəmlənməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət etdi. Venesuelanın BMT-dəki səfiri Samuel Monkada, Baş katib Antonio Quterreşlə görüşdən sonra, "Bu, hərbi müdaxiləni haqqlandırmaq üçün hazırlanmış nəhəng bir propaqanda əməliyyatıdır. Venezuela müstəqil və suveren bir ölkədir, heç kim üçün təhdid yaratmır", – deyib.
Ağ Ev isə açıqladı ki, Tramp ölkəyə narkotik daxil olmasının qarşısını almaq üçün Amerika qüvvələrinin bütün elementlərini istifadə etməyə hazırdır. Mətbuat katibi Karolayn Livitt bölgədə bir çox Karib ölkəsinin əməliyyatlara dəstək verdiyini bildirib.
Tramp administrasiyası fevral ayında Meksika mərkəzli Sinaloa Karteli və Venezuelada fəaliyyət göstərən Tren de Araqua daxil bəzi cinayət təşkilatlarını qlobal terror təşkilatı elan etmişdi.
Hərbi cəmlənmə və hərbi fəaliyyət
Cəmlənmənin bir hissəsi olaraq “USS San Antonio”, “USS Iwo Jima” və “USS Fort Lauderdale” gəmilərinin bölgədə olduğu, ümumilikdə 4.500 əsgər, aralarında 2.200 dəniz piyadası olmaqla qüvvə daşıdığı bildirilir. Bundan əlavə, ABŞ ordusu istintaq və kəşfiyyat üçün P-8 tipli casus təyyarələrini bölgəyə yönəldib.
Maduro isə bildirib ki, "Diplomatiyamız top mərmilərinin, təhdidlərin diplomatiyası deyil. Dünya artıq 100 il əvvəlki dünya deyil".
Ötən həftə Maduro öz ordusunu da hərəkətə keçirərək, Kolumbiya sərhədindəki əyalətlərə 15 min əsgər göndərəcəyini açıqladı. Həmçinin hər bugünlərdə vətəndaş müdafiə birliklərinə təlim çağırışı etdi.
Maduro hökuməti, ABŞ istintaq qurumları ilə əməkdaşlıq etdiyi iddia olunan müxalifəti tez-tez ittiham edir və sanksiyaları iqtisadi müharibə adlandırır.
ABŞ-ın Venesuelaya siyasəti
Venesuela uzun illərdir ABŞ-ın xarici siyasətində hədəf olub. Huqo Çavez dövründən etibarən ölkənin zəngin neft ehtiyatları və ABŞ-a qarşı mövqeyi onu Latın Amerikada başlıca aktorlardan biri edib. Çavez 1999-cu ildə hakimiyyətə gələndən sonra ölkədə “Bolivarcı sosializm” modeli tətbiq olunub:
Kasıbların sosial yardımlarla dəstəklənməsi,
Enerji mənbələrinin dövlət nəzarətinə alınması,
ABŞ-a qarşı siyasi ritorikanın təşviqi.
Bu xətt Nikolas Maduro dövründə də davam edir.
ABŞ isə Venesuelanı “regionda sabitliyi pozan mənbə” və “avtoritar rejim” kimi qiymətləndirir. 2019-cu ildə Vaşinqton müxalifət lideri Xuan Quaidonu qanuni lider kimi tanımış, Maduronu devirmək üçün həm diplomatik təzyiq, həm də ağır iqtisadi sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar xüsusilə neft gəlirlərini hədəfləyərək ölkə iqtisadiyyatına ciddi təsir göstərmişdi.
Bugünkü hərbi cəmlənmə da uzun müddət davam edən təzyiq siyasətinin yeni bir mərhələsi hesab olunur. ABŞ əməliyyatlarını narkotik kartelləri ilə mübarizə adı altında açıqlasa da, Venesuela tərəfi bu bəyanatın hərbi müdaxiləyə zəmin yaratdığını düşünür. Sosialist çevrələr isə iddia edir ki, Vaşinqtonun əsas məqsədi Latın Amerikadakı solyönümlü hökumətləri zəiflətmək və enerji resursları üzərində nəzarəti bərpa etməkdir.
Buna qarşı ABŞ tərəfi əməliyyatların yalnız təhlükəsizlik məqsədli olduğunu, narkotik marşrutlarını kəsməyə və bölgədə miqrasiya təzyiqini azaltmağa yönəldiyini vurğulayır.