Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:09 | 26 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 135 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
“Güclü Ermənistan” partiyasının lideri, Rusiyapərəst siyasətçi və milyarder Samvel Karapetyan Fransanın Nitsa şəhərində yerləşən dəbdəbəli villası yeni qalmaqalla mərkəzinə düşüb.
VAXT.AZ xəbər verir ki, məlumat Rusiyanın keçmiş oliqarxı Mixail Xodorkovski tərəfindən yaradılmış “Dosye” Araşdırma Mərkəzinin hesabatında yer alıb.
Karapetyan əslində bu villanın real sahibi deyil. Daşınmaz əmlakın maliyyələşdirilməsi “Qazprom” vasitəsilə həyata keçirilib.
Araşdırmada qeyd olunur ki, 2016-cı ildə Karapetyan villa ilə bağlı borcları bağlamaq üçün “Qazprom”a bağlı qurumlardan kreditlər əldə edib. Kreditlərin təminatı kimi isə məhz həmin villa göstərilib. Bununla yanaşı, daşınmaz əmlakın borclarının onun real bazar dəyərini üstələdiyi bildirilir.
Jurnalistlərin qənaətinə görə, villa faktiki olaraq “Qazprom”un vəsaitləri hesabına Karapetyanın istifadəsinə verilib. Araşdırmada vurğulanır ki, bu mexanizm nəticəsində əmlak formal olaraq milyarderin adına keçirilsə də, əsl maliyyə yükü Rusiya dövlət şirkətinin üzərində qalıb.
Hesabatda həmçinin qeyd edilir ki, daha əvvəl bir sıra mənbələr Alina Kabaevanın həmin villada vaxt keçirdiyini iddia etmişdi.
Samvel Karapetyan hazırda Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi siyasi fəaliyyətini genişləndirməyə çalışır. Onun rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası iyunun 7-də keçiriləcək seçkilərdə iştirak edəcək.
Bununla yanaşı, Karapetyan özü bir sıra cinayət işləri üzrə istintaq altındadır. Ona qarşı hakimiyyəti zorla ələ keçirməyə çağırışlar, çirkli pulların yuyulması və digər ittihamlar irəli sürülüb.
“Dosye” Araşdırma Mərkəzinin məlumatına görə, Kreml Ermənistan daxilində siyasi təsir imkanlarını artırmaq məqsədilə Karapetyana dəstək verir və bu istiqamətdə siyasi texnoloqlardan ibarət qrup ayırıb. Lakin qalmaqallar və biznesmenin açıq şəkildə Rusiyaya yaxın mövqeyi onun ölkə daxilində ciddi siyasi rəqibə çevrilməsini çətinləşdirir.