vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
İspaniyada siyasi gərginlik 14:12 | 27 may 2026 | Çərşənbə Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İspaniyada siyasi gərginlik

Polis hakim partiyanın qərargahında basqın etdi

MURAD, VAXT.AZ

İspaniya polisi baş nazir Pedro Sançezin müttəfiqləri ilə bağlı korrupsiya araşdırması çərçivəsində hakim “İspaniya Sosialist Fəhlə Partiyası”nın (PSOE) mərkəzi qərargahında axtarış aparıb.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, əməliyyat mümkün qanunsuz ödəniş sxemi ilə bağlı məlumat toplamaq məqsədi daşıyır.

İspaniya Vətəndaş Qvardiyasının nümayəndəsi “Reuters” agentliyinə açıqlamasında polis əməkdaşlarının hakim partiyanın binasında əməliyyat keçirdiyini təsdiqləyib.

Bununla belə, istintaqın məxfi aparıldığını bildirən qurum detalları açıqlamayıb.

İspaniya mətbuatı yazır ki, istintaq Pedro Sançes hökumətinə yaxın bəzi şəxslərin dövlət müqavilələri və maliyyə əməliyyatları ilə əlaqələrini araşdırır. Son aylarda hökumət daxilində korrupsiya iddiaları ölkənin siyasi gündəmini ciddi şəkildə gərginləşdirib.

Müxalifət partiyaları hadisəni hakimiyyət üçün ağır reputasiya zərbəsi adlandırarkən, PSOE rəhbərliyi istintaqla əməkdaşlıq etdiyini və hüquqi prosesə hörmətlə yanaşdığını bildirib.