Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
08:08 | 26 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 66 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
ABŞ ordusu davam edən atəşkəsə baxmayaraq İrana qarşı yeni hava zərbələri endirib. “United States Central Command” (CENTCOM) əməliyyatın “müdafiə məqsədli” həyata keçirildiyini açıqlayıb.
VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, İranın cənubunda yerləşən raket buraxılış qurğuları və mina yerləşdirməyə cəhd etdiyi iddia olunan qayıqlar hədəfə alınıb.
Qurumun sözçüsü Tim Houkins bildirib ki, zərbələr bölgədəki ABŞ hərbçilərini İran mənbəli təhlükələrdən qorumaq məqsədilə endirilib.
İran mediası bombardman nəticəsində ölənlərin olduğunu açıqlayıb. Rəsmi Tehran hələlik itkilərin miqyası barədə ətraflı məlumat yaymayıb.
Qeyd olunur ki, aprelin 8-də elan edilən atəşkəsə baxmayaraq, son aylarda tərəflər arasında bir neçə dəfə qarşılıqlı hücumlar baş verib. Bu ayın əvvəlində İranın Hörmüz boğazında ABŞ hərbi gəmilərinə hücum etdiyi, Vaşinqtonun isə cavab olaraq İran ərazisindəki bəzi hədəfləri vurduğu bildirilmişdi.
Bu arada ABŞ Dövlət katibi Marko Rubio yeni hücumlara baxmayaraq, İranla razılaşmanın hələ də mümkün olduğunu söyləyib. Hindistana səfəri zamanı jurnalistlərə danışan Rubio qeyd edib ki, hazırda Qətərdə müəyyən danışıqlar aparılır və tərəflərin irəliləyiş əldə edib-etməyəcəyi qiymətləndirilir.
Məlumata görə, aylardır davam edən müharibəni dayandırmaq məqsədilə keçirilən son danışıqlar çərçivəsində İran nümayəndə heyəti Doha şəhərində görüşlər aparır.
Yeni hücum xəbərlərinə baxmayaraq, dünya bazarında neftin bir barelinin qiyməti hələlik 100 dollardan aşağı səviyyədə ticarət olunur.