Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:46 | 29 avqust 2025 | Cümə
Məqaləyə 358 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın narkotik kartellərinə qarşı mübarizə bəhanəsi ilə Karib dənizi bölgəsinə hərbi qüvvələr göndərmək qərarına münasibət bildirərək, “Venesuelaya girmələrinin heç bir yolu yoxdur”, – deyib.
Paytaxt Karakasın Makarao bölgəsində keçirilən 2-ci İnqilabi Xüsusi Əməliyyatlar Kursunun bağlanış mərasimində iştirak edən Maduro hərbi uniforma ilə çıxış edərək son hadisələri şərh edib.
O, ölkəsinə qarşı mümkün hərbi müdaxilə ilə bağlı, “Venesuelaya girmələrinin heç bir yolu yoxdur. Qarşı-qarşıya olduğumuz bu blokada, təzyiq və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsini pozan qanunsuz təhdidlər bizim güclənməyimiz üçündür”, – deyib.
“Bütün personalı, milli səviyyədəki bütün milis qüvvələrini və xalqı məlumatlandırın. Həmçinin bu şərtləri, ölkənin müdafiə planlarını gücləndirmək üçün qiymətləndirməliyik. Bu gün, 20 günlük fasiləsiz blokadadan sonra, dünəndən daha güclüyük. Daha çox milli və beynəlxalq dəstəyimiz var”, – deyə Maduro əlavə edib.
O, Kolumbiya Prezidenti Qustavo Petroya (Gustavo Petro) təşəkkür edərək, “O, Kolumbiyanın Katatumbo bölgəsinə 25 min əsgərlik yeni qüvvə göndərilməsi üçün göstəriş verdi. Venesuela və Kolumbiya sülh üçün birləşir, çünki torpaqlarımızı biz qoruyur, nəzarət edir və saxlayırıq”, – deyib.
Proqramda Maduroya Müdafiə Naziri Vladimir Padrino Lopez və yüksək səviyyəli ordu komandirləri də qatılıb.
Trampın narkotik kartellərinə qarşı mübarizə bəhanəsi ilə Karib bölgəsinə ordunun elementlərini göndərməsi qərarından sonra bir sualtı qayıq və 7 döyüş gəmisindən ibarət dəniz qrupu bölgəyə hərəkət edib.
ABŞ ilə Venesuela arasındakı gərginlik artır
ABŞ Prezidenti Tramp daha əvvəl imzaladığı bir qərarnamə ilə Latın Amerikası mənşəli narkotik kartelləri ilə yerində mübarizə məqsədilə ordunun daha çox və effektiv istifadəsini əmr etmişdi.
CNN-ə açıqlama verən iki yüksək səviyyəli ordu rəsmisi bildiriblər ki, Trampın göstərişindən sonra bölgəyə 4 min dəniz piyadasının göndərilməsi qərara alınıb. Tramp həmçinin avqustun 15-də Venesuela sahillərinə 3 döyüş gəmisinin göndərilməsini əmr etmişdi.
Venesuela Prezidenti Maduro isə avqustun 18-də ABŞ-ın mümkün müdaxiləsinə dair açıqlamasında demişdi: “Dənizlərimizi, göyümüzü və torpaqlarımızı biz müdafiə edirik, biz azad edirik, biz müşahidə edir və patrul keçiririk. Heç bir imperiya Venesuelanın müqəddəs torpaqlarına toxuna bilməz və Cənubi Amerikanın müqəddəs torpaqlarına toxunmamalıdır”.