Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:52 | 29 avqust 2025 | Cümə
Məqaləyə 336 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Oman körfəzində gərginlik
ABŞ-ın Paris səfiri Çarls Kuşner (Charles Kuşner) bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsində “vəzifədə olduğu 8 ay ərzində möhtəşəm iş görüb, amma Avropalılar bu çətin mövzuda heç bir nəticə əldə edə bilməyib”. Kuşner Trampın Nobel Sülh Mükafatına layiq olduğunu vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makrona yazdığı məktubdan sonra Fransa Xarici İşlər Nazirliyinə çağırılan Kuşner, LCI kanalına verdiyi müsahibədə məktubu və iki ölkə arasındakı münasibətlər haqqında danışıb.
Kuşner bildirib ki, Avropa Birliyi (AB) ilə ABŞ arasında avtomobil, avtomobil ehtiyat hissələri, dərman və yarımkeçirici sahələr daxil olmaqla 15% gömrük rüsumunu nəzərdə tutan ticarət razılaşması maliyyə münasibətlərində ədaləti təmin etmək məqsədilə həyata keçirilib.
Fransız hökumətinin razılaşmaya isti baxmadığını qeyd edən Kuşner, “Tramp ABŞ-ın maraqlarını qorumağa çalışır. ABŞ-da bir çox insan hesab edir ki, Fransa ölkəmizin milyardlarından faydalanır. Tramp maliyyə münasibətlərini daha ədalətli etməyə çalışır”, – deyib.
Kuşner bildirib ki, Tramp və Makron arasında münasibətlər yaxşıdır və Fransa Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb olan məktubu Makrona qarşı yönəlməyib. Məktub, Fransız hökumətini yəhudi düşmənləri ilə mübarizədə daha güclü addımlar atmağa çağırış idi: “Fransanın daxili işlərinə müdaxilə etmək mənim işim deyil”.
O həmçinin, yəhudi icmasının üzvü kimi Fransada yəhudilərin yaşadıqlarına şahid olduğunu bildirib və “Fransadakı yəhudi düşmənçiliyi dəhşətlidir”, – deyib.
Makron üçün yazdığı məktubdan sonra Xarici İşlər Nazirliyinə çağırıldığını, amma görüşə özü getməyib, əvəzinə komandasının getdiyini deyən Kuşner bildirib ki, bu davranış “sayğısızlıq” hesab olunmur. O vurğulayıb ki, Fransız hökuməti ilə zarafat etmək məqsədi yoxdur.
Müsahibədə Kuşnerə xatırladılıb ki, Tramp Vaşinqtonda AB liderlərini və Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edərkən Avropa liderlərinin qarşısına çıxır. Kuşner cavabında bildirib ki, “Tramp 8 aydır möhtəşəm iş görür. Avropalıların protokolu ola bilər, amma bu çətinlik (Ukrayna) mövzusunda heç bir nəticə əldə etmədilər”.
O əlavə edib ki, Trampın bu səylərinə görə Nobel Sülh Mükafatını alması haqqıdır.
Kuşner Xarici İşlər Nazirliyinə çağırılmışdı
ABŞ-ın Paris səfiri Kuşner, Makron üçün yazdığı və Fransız hökumətini “yəhudi qarşıtlığı ilə mübarizədə kifayət qədər tədbir görməməkdə” ittiham edən məktubdan sonra Xarici İşlər Nazirliyinə çağırılmışdı. Nazirlik Kuşnerin iddialarını qəti şəkildə rədd etmişdi. Kuşner açıqlamışdı ki, Nazirliyə özü getməyib, əvəzinə komandasını göndərib.
Qeyd edək ki, ABŞ-ın Paris səfiri Kuşner, Trampın qızı İvanka Tramp ilə evli olan Cared Kuşnerin (Jared Kuşner) atasıdır.